Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:08

Türkiyənin kredit reytinqi yenə də azaldıla bilər


Moody kredit qiymətləndirmə firması bildirib ki, Türkiyənin kredit reytinqinin aşağı endirilməsi məsələsinə baxır.

Moody Türkiyənin kredit reytinqini lap bu yaxınlarda endirmişdi. Ekspertlərin fikrincə bu, ilk növbədə prezident Recep Tayyip Erdoğanın liderliyi şəraitində getdikcə artmaqda olan iqtisadi qeyri-müəyyənliklə bağlıdır.

Agentlik bildirir ki, Türkiyənin hazırkı Ba2 reytinqi iqtisadiyyatın hansı istiqamətdə gedəcəyinin bəlli olmamasına, xarici risk faktorlarına görə bundan da aşağı həddə endirilə bilər.

Moody bildirir ki, Türkiyə barədə yaranmış narahatlıqlara son qoyulmazsa, investor etimadının aşılanması prosesi daha da dərinləşəcək.

Ekspertlər bildirirlər ki, investor etimadının azalması əsas etibarilə iyunun 24-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlıdır.

Başlıca ehtiyatlanma Türkiyənin yeni administrasiyasının da köhnə iqtisadi siyasətləri davam etdirə biləcəyindəndir.

Ekspertlər belə bir şəraitdə inflyasiyanın təhlükəli həddə artacağını, milli valyuta lirənin daha da dəyərsizləşəcəyini gözləyirlər.

Bu həftənin əvvəllərində Moody Türkiyədə iqtisadi artım proqnozlarını yenidən azaldıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG