Keçid linkləri

2025, 12 Fevral, çərşənbə, Bakı vaxtı 01:10

Türkiyə İsveçə bildirib ki, onun NATO üzvlyü üçün protokola yaxın həftələrdə baxılacaq


Türkiyə və İsveçin xarici işlər nazirləri Hakan Fidan və Tobias Billström NATO sammitində
Türkiyə və İsveçin xarici işlər nazirləri Hakan Fidan və Tobias Billström NATO sammitində

Türkiyə İsveçə bildirib ki, onun NATO üzvlüyü üçün protokolunun yaxın həftələrdə ratifikasiya olunacağı gözlənilir.

Reuters agentliyi bildirib ki, bunu İsveçin xarici işlər naziri noyabrın 29-da deyib.

Skandinaviya ölkələri Finlandiya və İsveç NATO üzvlüyü üçün Rusiyanın Ukraynaya tammiqyaslı hücümündan dərhal sonra mürcaiət etmişdilər.

Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkələrin NATO üzvlüyünə qarşı çıxmışdı.

O bildirirdi ki, Helsinki və Stokholm Ankaranın terrorçu hesab etdiyi şəxs və qrupları himayə edir.

Bundan sonra Türkiyə Finlandiyanın NATO üzvlüyü üçün protokolunu ratifikasiya etmiş, amma İsveçin məsələsi sonraya saxlanmışdı.

Hakan Fidanın vədi

İsveçin xarici işlər naziri Tobias Billström noyabrın 29-da jurnalistlərə deyib ki, o türkiyəli həmkarı Hakan Fidanla söhbət edib.

Onun sözlərinə görə Fidan bildirib ki, sözü gedən protokolun Türkiyə parlamentində ratifikasiyası yaxın həftələrdə gözlənilir.

Türkiyə tərəfi bu xəbəri hələ ki, şərh etməyib.

Bundan əvvəl Ankara Stokholmdan Kürdüstan İşçi Partiyası – PKK üzvlərinə qarşı daha sərt davranış tələb etmişdi.

PKK həm ABŞ-da, həm də Avropa İttifaqında terrorçu təşkilat kimi tanınır.

İsveç Türkiyənin tələbini icra etdiyini bildirir

Türkiyənin bu tələbinə cavab olaraq İsveç yeni antiterrorizm qanunu qəbul edib.

Bu qanunda terrorçu təşkilatların üzvü olmaq cinayət əməli hesab olunur.

Bundan başqa İsveç Türkiyə üzərindən silah embarqosunu qaldırıb.

Bəzi NATO üzvləri İsveçin alyans üzvlüyü üçün protokolun Türkiyə tərəfindən təşkilatın noyabrın 28-29-da Brüsseldə keçirilən sammitinədək ratifikasiya olunacağını gözləyirdi.

ABŞ-dan da Billströmün dediklərini təsdiq edən xəbər alınıb.

Adının çəkilməsini istəməyən vəzifəli ABŞ rəsmisi deyib ki, protokolun bu ilin sonunadək ratifikasiya olunacağı gözlənilir.

Macarıstan da ümid verir

İsveçin NATO üzvülüyü üçün protokolu hələlik Macarıstan parlamenti də ratifikasiya etməyib.

Billströmün dediyinə görə Macarıstanın baş naziri Viktor Orban dəfələrlə deyib ki, onun ölkəsi İsveçin NATO üçün protokolunu ratifikasiya edən sonuncu ölkə olmayacaq.

Billström bildirib ki, onun macarıstanlı həmkarı Peter Siyarto da noyabrın 28-də Budapeştin bu niyyətini bir daha təsdiqləyib:

"Bu o deməkdir ki, bu məsələ Budapeştdən çox bəlkə də Ankaradan asılıdır. Biz həm Budapeştdən, həm də Ankaradan yaşıl işıq gözləyirik”.

XS
SM
MD
LG