Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:02

Türkiyə və İraq muxtar Kürdüstan yaxınlığında birgə manevrlərə başlayır


Türkiyə tankları İraq sərhədində
Türkiyə tankları İraq sərhədində

Türkiyə və İraq,Kürdüstan Regional Hökumətinin (KRH) keçirdiyi müstəqillik referendumunun ardınca, sentyabrın 26-da öz müştərək sərhədləri boyunca birgə, böyük hərbi manevrlərə başlayır.

Türkiyə özünün cənub-şərqi Silopi regionunda hərbi təlimlərə sentyabrın 18-də, İraqın şimalında keçirilmiş ziddiyyətli referenduma bir həftə qalanda başlayıb.

Sentyabrın 25-də keçirilmiş referenduma Bağdad və Ərbil arasında bir sıra mübahisəli ərazilər də daxil edilmişdi.

Bağdad hökuməti ilə yanaşı Türkiyə, İran, habelə ABŞ və BMT KRH-nin keçirdiyi referenduma qarşı çıxmışdı.

Onlar bildirirdilər ki, bu referendum bölgədə İŞİD-ə qarşı mübarizədən yayındaracaq və yeni gərginlik yaradacaq.

Türkiyə mediasının verdiyi xəbərə görə ölkə silahlı qüvvələrinin baş qərargahının internet saytında yayınlanmış qısa məlumatda deyilir ki, hərbi manevrlərin 3-cü fazası sentyabrın 26-da İraq silahlı qüvvələri ilə birlikdə Habur sərhəd sektorunda keçiriləcək. İraq-Türkiyə sərhədinin bu keçidi həm də İbrahim Xəlil keçidi kimi tanınır.

İraq və Suriyanın şimal sərhədləri yaxınlığında yerləşən Habur qapısı Kürdüstan Regional Hökumətinin (KRH) ətraf aləmə yeganə çıxış yoludur.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bəyan edib ki, əgər İraqdakı türkman əhali hədəflənsə Türkiyə bölgəyə qoşun yeridəcək.

Ankara özünü İraqın etnik türkman azlığının təhlükəsizliyi üçün qarant hesab edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG