Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:23

Türkiyədə illik inflyasiya ən yüksək həddə çatıb


Türkiyədə illik inflyasiya son altı ayda ən yüksək həddə çatıb. Buna səbəb milli valyuta lirənin məzənnəsinin enməsi və bunun nəticəsində uçot faizinin yüksəldilməsi olub.

Türkiyə Statistika İnstititunun məlumatına görə bu ilin mayında inflyasiya ötən ilin aprelində olan 10, 85 faizdən 12, 15 faizə yüksəlib.

May ayında geyim əşyalarının qiymətləri 5, 21, nəqliyyat qiymətləri isə 2, 32 faiz artıb.

Ən böyük illik qiymət artımı (20, 02 faiz) nəqliyyatda qeydə alınıb.

Enerji, ərzaq, içkilər, tütün məmulatı və qızılı çıxmaq şərtilə özək “C” inflyasiyası 12, 64 faizə çatıb.

Baş nazirin müavini Mehmet Şimşek inflyasiyanın yüksəlməsi barədə xəbərlərin təsirini azaltmaq məqsədilə deyib ki, bu, neft qiymətləri və valyutanın hərəkəti ilə bağlı olaraq yaranmış vəziyyətdir.

O bildirib ki, inflyasiya bir müddət qalxmaqda davam edə bilər, lakin ilin ikinci hissəsində inflyasiya enməyə başlayacaq.

Lirənin kursu may ayında ən aşağı həddə çataraq 1 dollar üçün 4, 92 olub.

Mayın 23-də keçirilən fövqəladə iclasında Mərkəzi Bank lirənin məzənnə enişini dayandırmaq məqsədilə uçot faizini 3-ə qaldırıb.

Mərkəzi Bank iyunun 7-dən uçot faizini yenə də qaldırmağı planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG