Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 19:46

Türkiyəli hərbçilər Almaniyadan siyasi sığınacaq istədilər


NATO əsgərləri Litvada, 2 dekabr 2016

Almaniyada NATO ilə əməkdaşlıq edən 40-a yaxın türkiyəli hərbçi bu ölkədən siyasi sığınacaq istəyib.

Gündəlik “Der Spiegel” nəşri xəbər verir ki, onların bir çoxu yüksək rütbəli zabitlərdir və NATO-nun Almaniya ərazisindəki bazalarında xidmət edirlər.

Federal Miqrasiya və Qaçqınlarla iş üzrə İdarə və Almaniya Daxili İşlər Nazirliyindən onların vəsatətinə adi qaydada baxılacağı bildirilib.

Ötən ilin dekabrında NATO sıralarında Almaniyada, Belçikada xidmət edən və geri çağrılan bir neçə türk həbrçisi Avropadan siyasi sığınacaq istəmişdi. Onları Türkiyədə ötən ilin iyulunda baş tutmayan hərbi çevrilişdə əli olmaqda suçlandırılacaqları iddia olunurdu.

Çevrilişlə bağlı 40 mindən çox adam həbs olunub, on minlərlə dövlət məmuru işini itirib. Onlarla KİV bağlanıb.

Bu həftənin əvvəli Yunanstanın Ali Məhkəməsi bu ölkəyə qaçan hərbçilərin ekstradasiya edilməməsinə qərar verib.

Fevralın 2-də Almanita kansleri Anjel Merkel Türkiyəyə rəsmi səfər edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG