Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:52

Gürcüstandakı "Gülen məktəbləri" də hədəfə gəldi


Fethullah Gulen
Fethullah Gulen

►Gürcüstanın müxtəlif regionlarında 6 "Gülen məktəbi" var

İyulun 19-da Gürcüstanın baş naziri Georgi Kvirikashvili Gürcüstan-Türkiyə Strateji Tərəfdaşlıq Şurasının Türkiyədə keçirilən ilk görüşünə qatılıb. Səfərin gedişində Fetullah Gülen Fondunun maliyyələşdirdiyi məktəblər məsələsi də müzakirə olunmalı idi.

“Gülen-in məktəbləri” birgə bəyanat yayıb

1999-cu ildən bəri ABŞ-da könüllü sürgün həyatı yaşayan türk din xadimi Fətullah Gülenin fondunun maliyyələşdirdiyi məktəblərin Gürcüstandakı varlığı geniş kütləyə Türkiyənin bu ölkədəki konsulu Yasin Temizhan-ın Acarıstan televiziyasına müsahibəsindən sonra məlum olub.

Konsul iyulun 16-da acar mediasına müsahibəsində deyib ki, Gülen-in maliyyələşdirdiyi məktəblər "terrorçu qruplaşmalara xidmət edən nəsillər yetişdirir". Türk diplomatı gürcüləri uşaqlarını bu məktəblərə verməməyə çağırıb və Gürcüstan hökumətinə onların bağlanması xahişi ilə müraciət edəcəyini deyib. Gürcüstanın müxtəlif regionlarında 6 "Gülen məktəbi" varmış. İyulun 18-də bu məktəblər birgə bəyanat verərək, baş konsulun fikirlərini etikayasığmaz və ayrıseçkilikçi adlandırıblar.

İyulun 18-də Gürcüstan xarici işlər nazirinin müavini Gigi Gigiadze ilə görüşən Türkiyə səfiri Levent Gumrukcu (Gümrükçü) konsulun fikirlərinə aydınlıq gətirib. Diplomat bildirib ki,Gürcüstan mediası konsulun sözlərini təhrif edib. Bununla belə o da aydın olub ki, Ankara sözügedən məktəbləri nəzarətdə saxlayacaq:

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Türkiyə səfiri: “Narahatlığımızı gürcü tərədaşlarımızla bölüşmüşük”

"Gürcüstandakı konkret məktəb şagirdlərinin, yaxud məzunlarının terrorçu olduğunu nə konsul, nə də biz demişik. Bu tam anlaşılmazlıqdır. Digər tərəfdən, biz Fetullah-ın terrorçu təşkilatının beynəlxalq fəaliyyəti, bütün dünyada bəlli məktəblər və onların idarəçiliyi ilə əlaqələrindən narahatlığımızı gürcü tərəfdaşlarımızla bölüşmüşük".

Gürcüstanın təhsil naziri Aleksandr Jejelava isə indiyədək bu məktəblərə qarşı heç bir iddia olmadığını, onların akkreditasiyadan keçdiyini və ölkə qanunvericiliyinə tam uyğun fəaliyyət göstərdiyini bildirib. Gürcüstandakı müşahidəçilərin fikrincə, bu ölkədə türk məktəblərinin olması Tbilisi ilə Ankara arasında münasibətləri korlaya bilər. Türkiyədə qarışıq durum gözə alınanda, ölkə hökumətinin Gürcüstan-Türkiyə Strateji Tərəfdaşlıq Şurasının iclasını ertələməməsi də belə düşünməyə imkan verir.

Gürcüstandakı beynəlxalq münasibət ekspertlərini indən belə Türkiyənin Brüssel və Vaşinqtonla əlaqələrinin durumu narahat edir. Prezident Recep Tayyip Erdoğan-ın öz şəxsi düşmənlərindən qisas almaq və avtoritar rejimi daha da möhkəmləndirmək planları bu münasibətləri korlaya bilər.

“Türkiyənin Qərblə münasibətlərinin korlanma ssenarisi gerçəkləşərsə...”

Politoloq Bakur Kvashilava belə deyir:

"Türkiyənin qonşumuz və NATO üzvü olması Gürcüstanın Avroatlantika strukturlarına inteqrasiya etmək cəhdlərinə müsbət təsir göstərirdi. Amerika hərbi gəmilərinin asanlıqla və maneəsiz Gürcüstan limanlarına yan almasında da Türkiyənin müsbət rolunu unutmaq olmaz. Türkiyənin Qərblə münasibətlərinin korlanma ssenarisi gerçəkləşərsə, bu, uzaq perspektivdə Gürcüstana da mənfi təsir göstərəcək".

Buna da bax: "Güləni ediblər xoxan"

Beynəlxalq münasibətlər mütəxəssisi Georgi Gobronidze deyir ki, tərəflərdən heç biri münasibətlərin korlanmasında maraqlı deyil. Onun gümanınca, Türkiyə hökuməti baş tutmayan dövlət çevrilişindən həm ölkə daxilində, həm də beynəlxalq arenada öz mövqelərini möhkəmləndirmək üçün yararlanır. Gobronidze-nin sözlərinə görə, heç Qərbə də regiondakı strateji tərəfdaşından üz çevirmək asan deyil. Ekspert Türkiyə və Gürcüstanın da qatılacağı beynəlxalq enerji layihələrinin təhlükəsizliyinə xələl gələcəyini düşünməsə də, Gürcüstan iqtisadiyyatına ziyan dəyəcəyini istisna etmir:

“Böhranın uzanması Gürcüstanda iqtisadi problemlər doğuracaq”

"Türkiyədə sabitliyin pozulması, ilk növbədə, Gürcüstan iqtisadiyyatına təsir göstərə bilər. Türkiyənin ən böyük ticarət tərəfdaşı olduğunu nəzərə alsaq, Acarıstan iqtisadiyyatı orayla sıx bağlıdır. Turizm infrastrukturu və əmək bazarı da. Odur ki, Türkiyədə böhranın uzanması Gürcüstanda iqtisadi problemlər doğuracaq".

Buna da bax: Qafqaz Universitetində bağlanma həyəcanı

Qafqaz Universitetində bağlanma həyəcanı
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG