Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 02:06

Türkiyə Gülenin verilməsi ilə bağlı ABŞ-a rəsmi sorğu hazırlayır


Fethullah Gulen

Fethullah Gulen

“Türkiyə Fətullah Gülenin verilməsi ilə bağlı ABŞ-a rəsmi müraciət hazırlayır”.

Bunu jurnalistlərə prezident Racep Tayyip Erdoganın sözçüsü İbrahim Kalin iyulun 19-da İstanbulda keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Türkiyə hərtərəfli dəlillərlə ABŞ-a rəsmi sorğu göndərəcək.

Qeyd edək ki, Türkiyə hakimiyyəti bəyan edib ki, iyulun 15-də ölkədə törədilən uğursuz qiyamın arxasında Fətullah Gülün durur.

İbrahim Kalin qeyd edib ki, çevriliş cəhdində ordunun yalnz kiçik bir qismi iştirak edib və bu “İslam Dövləti” qrupu və ya kürd yaraqlıları ilə mübarizəyə təsir göstərməyəcək.

O həmin qüvvələri Gülen şəbəkəsinin sonuncu “istehkamı” adlandırıb: “Onların minlərlə davamçısı, məsləkdaşı var idi. Onların çoxu qovulub. Onların güclü olduqları bir yer var idi ki, o da ordu idi. Bunu da bu qiyamda gördük. İndi onların hamısı məhkəmə çərçivəsində araşıdırılıb, ordudan xaric ediləcəklər” , deyə Kalin bildirib.

O həmçinin qiyam vaxtı prezident Racep Tayyip Erdogana hücum etmək istəyən 14 əsgərin Marmaris şəhərində yaxalandığını , amma bu qrupun bir sıra üzvlərinin hələ də azadlıqda olduqlarını deyib.

XS
SM
MD
LG