Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:33

Türkiyə-Azərbaycan biznes forumu keçirilib


İllüstrasiya. Azərbaycan və Türkiyə prezidentlərinin görüşü (Arxiv)

Bu gün, oktyabrın 29-uTürkiyə-Azərbaycan biznes forumu keçirilib. Tədbir Türkiyənin İğdır şəhərində gerçəkləşib.

Bu barədəAzərbaycan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Forumda Azərbaycan və Türkiyə tərəfindən rəsmilər, iş adamları iştirak edib.

İğdır valisi Enver Ünlü onların və Naxçıvan Muxtar Respublikası (MR)sahibkarlarının bir sırasahələr üzrə birgə layihələr həyata keçirilməsini təklif edib.

Türkiyə iqtisadiyyat naziri Nihat Zeybekci bildirib ki, Naxçıvan MR-də istehsal edilən 43 adda məhsulun (13 kənd təsərrüfatı, 30 sənaye məhsulu) onların ərazisinə idxal rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olmasına razılıq verilib.O, bu qərarın ticarət əlaqələrinin genişlənməsinə və bölgənin inkişafına əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında istehsal olunan illik təqribən 100 milyon ABŞ dolları məbləğində məhsullar Türkiyəyə rüsum ödəmədən ixrac ediləcək.

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev isə bildirilib ki, bu istiqamətdə Türkiyənin atdığı addımları yüksək qiymətləndirirlər.

Nazir xatıırladıb ki, bu günlərdə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu əlaqələrin daha da güclənməsinə,tranzit imkanlarını artırmağa imkan verəcək.

“2017-ci ilin yanvar-sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsində əhəmiyyətli artım müşahidə olunub. Hazırda Preferensial Ticarət Sazişi üzrə müzakirələr aparılır. Azərbaycanda Türkiyə sərmayələri əsasında 3 mindən çox şirkət fəaliyyət göstərir. Türkiyədə isə Azərbaycan investisiyalı 2 minə yaxın şirkət var. Türkiyənin Azərbaycana investisiyaları 11,7 mlrd. ABŞ dollarına bərabərdir. Azərbaycanın Türkiyəyə investisiyaları da 10,1 mlrd. ABŞ dolları təşkil edir”,-deyə nazir Mustafayev bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG