Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 10:28

Türkiyə Azərbaycandan daha bir nəfəri tələb edir


Istanbul , 19 iyul 2016

Türkiyədə “FETÖ” (Türkiyə ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülenin tərəfdarlarını “terror şəbəkəsi” sayır - red.) üzvü kimi təqdim olunub axtarışa verilən İsa Özdemir Azərbaycanda hakim önünə çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində onun Türkiyəyə təhvil verilib-verilməməsi məsələsinə baxılır.

İsa Özdemir 25 ildir ki, Azərbaycanda yaşayır və burada çalışır.

Beynəlxalq axtarışa verilən Özdemir Azərbaycanda saxlandıqdan sonra Türkiyənin hüquq-mühafizə orqanları onun ekstradisiyasından ötrü müraciət ediblər. Ardından Azərbaycanın Ədliyyə Nazirliyi məhkəməyə təqdimat göndərərək, Özdemirin Türkiyəyə təhvil verilməsinə dair qərar çıxarılmasını istəyib.

“Türkiyə tərəfi bildirib ki...”

İyunun 21-də məhkəmədə Ədliyyə Nazirliyinin nümayəndəsi deyib ki, Türkiyə tərəfi məktub göndərib və İsa Özdemirin orada işgəncəyə, qeyri-insani davranışa məruz qalmayacağı haqda yazılı zəmanət verib: “Normal şəraitdə saxlanılacaq. Türkiyə tərəfi bildirib ki, İsa Özdəmir öz ölkəsinə eksradisiya olunacağı təqdirdə bütün hüquqları qorunacaq”.

İsa Özdəmirin vəkili məhkəmənin nəzərinə çatdırıb ki, hüquqlarını müdafiə etdiyi şəxs BMT-dən sığınacaq alıb. Müdafiəçi həmin vəsiqəni məhkəməyə təqdim edib.

Hakim Türkiyənin zəmanətinin, Özdemirin sığınacaq almasına dair sənədlərin notarial qaydada təsdiqlənmiş surətinin məhkəməyə təqdim olunmasını istəyib. Bu üzdən məhkəmə işi iyulun 4-nə saxlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG