Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:48

Azərbaycan Türkiyənin ən yaxşı dostudur?


Türkiyə-Azərbaycan
Türkiyə-Azərbaycan

«Türkiyənin ən yaxın dostu hansı ölkədir?». Bu yaxınlarda İstanbuldakı Kadir Has Universiteti belə bir sualla sorğu keçirib. Rəyi soruşulanların 71 faizi Azərbaycanın adını çəkiblər. İkinci yerdə cəmi 2%-lə Pakistan gəlir. Bu haqda eurasianet.org saytı yazır.

Bu sorğu keçiriləndən Azərbaycanın reytinqi ilbəil yüksəlir: 2013-cü ildə 28, 2015-ci ildə 37, ötən il 59 faiz Azərbaycanın adını Türkiyənin ən yaxın dostu kimi çəkib.

AB ÜZVLÜYÜNƏ ALTERNATİV

Başqa bir sual belə qoyulub: «Türkiyə xarici siyasətdə hansı ölkələrlə əməkdaşlıq etməlidir?». Yenə də Azərbaycan birinci yeri tutub – 59 faizlə. 2013-cü ildə 12 faiz belə deyirdi.

İkinci yeri 37 faizlə «türk ölkələri» deyənlər tutub. 3-cü yerdə isə «müsəlman ölkələri» deyən 22 faiz gəlir.

Avropa Birliyi üzvlüyünə strateji alternativ nə ola bilər? Bu suala cavablar içində birinci yerdə «Rusiyayla strateji əməkdaşlıq» deyənlər gəlir, 28 faiz belə düşünür. İkinci yerdə İslam Konfransı Təşkilatı, 3-cü yerdə Şanxay Əməkdaşlıq Təşkilatıyla əməkdaşlıq tərəfdarı olanlardır. 4-cü qrup düşünür ki, Türkiyə «Türk Birliyi yaratmalıdır».

Türkiyəyə hansı ölkə, yaxud ölkələr təhlükə yaradır? Rəyi soruşulanların 19 faizi Rusiyanı, 18 faizi Ermənistanı təhlükə kimi görür. Ancaq Rusiya dördüncü yerdədir.

«Eurasianet» diqqəti dost ölkələr siyahısında Azərbaycandan başqa Avrasiya ölkəsinin yer almamasına çəkir. «Azərbaycan doğrudanmı Türkiyədə belə populyarlaşır?» – deyə müəllif Joshua Kucera sual edir. Əslində, «bir millət, iki dövlət» ritorikası on illərdir mövcuddur. Bəs 2013-cü ildən bəri nə dəyişib?

İ.Əliyev və R.T.Erdoğan
İ.Əliyev və R.T.Erdoğan

SƏBƏBLƏR

«Əsas səbəb Türkiyənin Avropa Birliyi və ABŞ-la münasibətlərinin pisləşməsidir», – Kadir Has Universitetində fakültə dekanı Mitat Çelikpala deyir.

«Rusiya ümidverici və etibarlı tərəfdaş deyil. Ərəblər adətən siyahıda olmurlar və Pakistan, Orta Asiya ölkələriylə də əlaqələri itirmişik. Beləliklə, Azərbaycan «bir millət, iki dövlət» siyahısında tək qalıb», – o, sözlərinə əlavə edir.

Çelikpala Azərbaycanın bəzi konkret addımlarını da sadalayır. Məsələn, ötən il iyuldakı çevriliş cəhdindən sonra Azərbaycan dərhal Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın müdafiəsinə qalxdı. Bakı Erdoğan-ın həmin çevriliş cəhdinin arxasında durmaqda ittiham etdiyi Fethullah Gülen təşkilatıyla bağlı da addımlar atıb.

Dekanın fikrincə, Azərbaycanın «dost reytinqi»nin yüksəlməsinə ölkədəki kəskin qütbləşmə də təsirini göstərib:

«Adamlar bir-birinə inanmırlar və bir-birinə qarşı mövqe tuturlar. Çoxları inanır ki, bu düşmən, yaxud zəhərli mühiti kənar qüvvələr yaradır. Ortaya çıxan «tənha canavar sindromu» sonucda Azərbaycanın bircə dost mövqeyini gücləndirir».

Digər təhlilçi, Giresun Universitetinin professor Göktürk Tüysüzoğlu da bu fikirdədir ki, Azərbaycanın yüksəlişinin səbəbi Türkiyənin Qərb tərəfdaşlarıyla gərginliyidir.

Professor Türkiyə siyasi mədəniyyətində artan paranoyyaya da diqqət çəkir:

«Türkün türkdən başqa dostu yoxdur» yanaşması da Azərbaycanı önə çıxarıb».

XS
SM
MD
LG