Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 08:02

Türkiyə NATO-nun partnyorluq münasibətlərinə əngəl yaradır


Türkiyə NATO və Avstriya arasında əməkdaşlığa veto qoymaqla, alyansın 41 ölkə ilə partnyorluq əlaqələrinə əngəl yaradıb.

Məhz bu səbəbdən NATO bu yaxınlarda öz daxili qaydalarını dəyişib və alyans indi partnyorluq münasibətlərini hər bir ölkə ilə ayrı-ayrılıqda quracaq.

Avstriya NATO üzvü deyil, lakin alyansla sıx əməkdaşlıq edir və onun 400 əsgəri Kosovoda xidmətdədir.

Daily Sabah yazır ki, Türkiyə, Avstriyanın onun Avropa İttifaqına üzvlüyünə maneçilik törətdiyinə görə acıqlıdır.

Türkiyə ordusu NATO-da böyüklüyünə görə ABŞ Silahlı Qüvvələrindən sonra ikinci ordudur.

BBC məlumatlı mənbələrdən aldığı məlumat əsasında bildirir ki, Ankara əslində NATO-nun Vyana ilə partnyorluğunu son bir il ərzində bloklayıb.

Azərbaycanla partnyorluq davam edəcək

Türkiyənin vetosu NATO-nun Azərbaycan da daxil bir sıra keçmiş sovet respublikaları ilə partnyorluğunu da bloklamışdı, lakin adının çəkilməsini istəməyən alyans nümayəndəsi deyib ki, artıq partnyorluq qaydası dəyişdirilib.

Avstriyanın müdafiə naziri Hans Peter Doskozil Türkiyənin vetosunu kəskin tənqid edib
Avstriyanın müdafiə naziri Hans Peter Doskozil Türkiyənin vetosunu kəskin tənqid edib

Rəsminin sözlərinə görə qaydaların dəyişdirilməsi gələcəkdə belə vetoların qoyulmasını mümkünsüz edəcək.

Bununla belə, Ankaranın Avstriya ilə partnyorluğu bloklamaqda davam edəcəyi gözlənilir.

NATO-nun növbəti görüşü mayın 25-də Brüsseldə keçirilməlidir.

Avstriya da Türkiyənin vetosuna acıqlı reaksiya verib. Ölkənin müdafiə naziri Hans Peter Doskozil deyib ki, Ankarının hərəkəti bütün Avropanın təhlükəsizliyini riskə atır.

Nazir bildirib ki, Türkiyənin hərəkəti bu ölkənin həqiqətən də Avropa İttifaqı üzvlüyünə layiq olmadığını nümayiş etdirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG