Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:58

Türkiyə 50 min Suriya qaçqınını azad etdiyi ərazilərə qaytarmaq istəyir


Türkiyə ilə sərhəd olan al-Bab şəhəri, 29 mart 2017
Türkiyə ilə sərhəd olan al-Bab şəhəri, 29 mart 2017

Türkiyə 50 min Suriya qaçqınını ölkənin Suriya ilə sərhədində azad etdiyi ərazilərə qaytara bilər. Bu barədə xarici işlər naziri Mevlut Cavusoglu deyib.

3 gün əvvəl baş nazir Binali Yildirim bəyan etmişdi ki, Türkiyə ordusu Suriyanın bu ölkə ilə sərhəd bölgəsində apardığı anti terrorizm əməliyyatlarını dayandırır.

Türkiyə bu əməliyyatlara bu ilin avqustun başlamış, özünü İslam Dövləti adlandıran yaraqlıların sərhəddə ələ keçirdiyi əraziləri geri qaytatmağa çalışmışdı.

Cavusoglu deyib ki, artıq azad edilmiş ərazilərdə təhlükəsizliyə nəzarət yerli qüvvələrin əlindədir.

Cavusoglu bildirib ki, adamlar bu yerlərə qayıtmağa başlayıb:

“Bizim əsgərlər hələ də ordadır. Bizim burda olmağımıza ehtiyac var”.

Hərbi əməliyyatlarla onlarla türk hərbçisi həlak olub.

Suriya müharibəsi başlayandan bəri 300 min adam ölüb, milyonlarla adam qaçqın düşüb. Suriya münaqişəsinə görə Avropada miqrant böhranı yaranıb.

Türkiyə Suriya prezidenti Bashar al-Assad-a qarşı döyüşən üsyançıların bir qrupunu dəstəkləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG