Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:55

Türkiyə oktyabrdan ölkədə S-400 raketləri yerləşdirəcək


Sergei Shoigu və Hulusi Akar, 11 fevral Ankara.
Sergei Shoigu və Hulusi Akar, 11 fevral Ankara.

Türkiyə bu ilin oktyabrından ölkədə Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin yerləşdirilmsinə başlayacaq.

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib.

Qeyd edək ki, Türkiyə ilə yanaşı NATO-üzvü olan ABŞ qəti şəkildə bu sövdələşməyə qarşı çıxır.

ABŞ və NATO dəfələrlə bəyan ediblər ki, bu raketləri NATO-nun hava hücumlarından müdafiə sisteminə uyğunlaşdırmaq mümkün deyil.

Türkiyənin müdafiə naziri Hulusi Akar deyir ki, onun ölkəsi 1990-cı illərin əvvəllərindən raket zərbəsi təhlükəsi ilə üzləşib, ona görə də ölkə ərazisində özünün hava hücumlarından müdafiə sistemi olmalıdır.

Amma nazir təhlükənin hansı ölkədən olması barədə bir şey deməyib.

Nazir bir daha qeyd edib ki, Ankara Rusiya ilə imzalanmış müqaviləni yerinə yetirməlidir.

Buna da bax:Erdogan Rusiyayla S-400 sazişindən geri çəkilmir

ABŞ isə martın 5-də bir daha bəyan edib ki, əgər Türkiyə bu sövdələşmədən imtina etməsə, Vaşinqton ona F-35 qırıcı təyyarələrinin verilməsinə yenidən baxa bilər.

Ankara isə buna cavab olaraq Vaşinqtonu onun daxili işlərinə qarəşmamağa çağırıb.

Türkiyə ilə Rusiya arasında bu müqavilə 2017-ci ildə imzalanıb.

Eyni zamanda Ankara ötən ilin sonlarında ABŞ-dan 3,5 milyard dollarlıq “Patriot” raketləri alıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG