Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:02

Erdogan Rusiyayla S-400 sazişindən geri çəkilmir


S-400 sistemləri
S-400 sistemləri

Türkiyə Prezidenti Recep Tayyip Erdogan deyir ki, ölkəsi Rusiyadan S-400 zenit raket kompleksi almaq üzrə sazişi gerçəkləşdirmək niyyətindədir. Vaşinqton bu sazişə qarşı çıxır.

“S-400 üzrə razılaşma əldə olunub və geri çəkilmək söhbəti yoxdur... və yəqin ki, S-400-dən sonra S-500-ə keçəcəyik”, – Erdogan martın 6-da Kanal 24 televiziyasına deyib.

Martın 5-də ABŞ Dövlət Departamenti yenidən Türkiyəyə xəbərdarlıq edib.

Departamentin sözçüsü Robert Palladino martın 5-də deyib ki, Türkiyə Rusiyadan S-400 sistemi alarsa, Vaşinqton onun qabaqcıl F-35 qırıcı təyyarə proqramına çıxışını yenidən nəzərdən keçirə bilər.

Recep Tayyip Erdogan və Rusiyanın Müdafiə naziri Sergei Shoigu
Recep Tayyip Erdogan və Rusiyanın Müdafiə naziri Sergei Shoigu

ABŞ Türkiyəyə 100 son, beşinci nəsil F-35 qırıcısı satmağa razılaşsa da, indiyədək yalnız ikisini çatdırıb. Konqres ötən il təyyarələrin satışını dayandırıb.

Vaşinqton onu da bildirib ki, Türkiyəyə Patriot raket müdafiə sistemi satmaq təklifini geri götürə bilər.

Rusiya mediasının ötən ay yazmasına görə, Türkiyə 2,5 milyard dollara dörd S-400 komplekti almaq istəyir.

Ankara bildirib ki, S-400-lər üçün ödənişin əsas hissəsini edib və sistemlərin noyabrda çatdırılması gözlənir.

Erdogan Vaşinqtonun Türkiyədən ticarət imtiyazlarını geri çəkmək qərarını da tənqid edərək deyib ki, “heç kəs bizi belə addımlara boyun əyməyə məcbur etməyə çalışmamalıdır”.

Birləşmiş Ştatların martın 5-də açıqladığı qərarlar Hindistanla da imtiyazlı ticarət proqramına son qoyulur, bəzi məhsullara tariflər təyin olunur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG