Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 21:01

Türkiyədə referendum aprelin 16-da keçiriləcək


Recep Tayyip Erdogan, səs verir, Istanbul, 7 iyun 2015

Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlıreferendum aprelin 16-da keçiriləcək.

Bu haqda fevralın 11-də Türkiyə Ali Seçki Şurası qərar verib.

Konstitusiya dəyişiklikləri parlament idarəçiliyindən prezidentlik idarəçiliyinə keçidi nəzərdə tutur.

Dəyişikliklər referendumda qəbul olunarsa, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq. Parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək. Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG