Keçid linkləri

2017, 16 Avqust, çərşənbə, Bakı vaxtı 21:37

2017-ci il 'Türk dünyasının mədəniyyət paytaxtı' bəlli oldu


Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev rəmzləri Qazaxıstan nümayəndəsinə təqdim edir.

Qazaxıstanın Türküstan şəhəri 2017-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, açıqlama dekabrın 1-də Şəkidə keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısının yekununda elan edilib.

Toplantı çərçivəsində qəbul olunan qərarlar və yekun bəyannamə imzalanıb.

Buna da bax:​ Şəki Mədəniyyət paytaxtı oldu

İmzalanma mərasimindən sonra 2017-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" Qazaxıstanın Türküstan şəhərinin seçildiyi diqqətə çatdırılıb.

Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin rəmzlərini Qazaxıstan nümayəndəsinə təqdim edib.

2016-cı ildə "Türk dünyasının mədəniyyət paytaxtı" Şəki seçilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG