Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:09

Şəki Mədəniyyət paytaxtı oldu


Şəki
Şəki

-

Şəki 2016-cı il üçün «Türk dünyasının mədəniyyət paytaxtı» elan olunub.

Bu haqda qərar noyabrın 26-da Türkmənistanda TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısında verilib. Məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Toplantıda çıxış edən Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Şəkinin ölkənin qədim mədəniyyət və tarixi mərkəzlərindən biri olduğunu deyib. O, bu şəhərin 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı Azərbaycanın təklifinin nəzərdən keçirilməsini xahiş edib.

Təklifin üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edildiyi bildirilir.

Toplantı çərçivəsində ötən il həyata keçirilmiş layihələrə dair TÜRKSOY Baş katibinin hesabatı dinlənilib, 2016-cı il üçün tədbirlər planı təsdiqlənib.

XS
SM
MD
LG