Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:13

"Türk axını" layihəsinin Rusiya hissəsinin tikintisi başa çatdı


"Türk axını" layihəsi

"Qazprom" şirkəti bildirib ki, "Türk axını" layihəsinin Rusiya ərazisindəki sualtı hissələrinin tikintisini başa çatdırıb.

"Türk axını"nın tikintisi mayda başlanıb və qrafik üzrə gedir.

Hazırda "Qazprom" layihənin iki xətti üzrə 448 kiometrlik hissənin tikintisini başa çatdırıb.

"Türk axını"nın uzunluğu 1100 kilometr olacaq.

Rusiyanın Krasnodar vilayətindən başlayıb Qara dənizin dibi ilə Türkiyənin qərb sahilində çıxacaq.

"Qazprom" bu layihə ilə həm Türkiyəyə qaz satmaq, həm də Avropaya qaz ixrac etmək istəyir.

4 xəttən ibarət layihənin gücü ildə 63 milyard kub.metr olacaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG