Keçid linkləri

2025, 17 Fevral, Bazar ertəsi, Bakı vaxtı 00:53

Turistlər kosmosdan qayıdır


(sağdan)Aleksandr Misurkin, Yusaku Maezava və Yozo Hirano
(sağdan)Aleksandr Misurkin, Yusaku Maezava və Yozo Hirano

Yaponiyalılar 2009-cu ildən bəri BKS-ya öz hesabına gedən ilk turistlər idi

Rusiyalı kosmonavt Aleksandr Misurkin və iki yaponiyalı turist Beynəlxalq Kosmik Stansiyada (BKS) 12 gün qalandan sonra Yerə qayıdıblar.

Rusiyanın kosmik agentliyi dekabrın 20-də onların Qazaxıstana endiyini bəyan edib.

“'Soyuz MS-20' ‘turist’ gəmisinin uçuşu başa çatıb”, – Roskosmos bildirib.

Öz hesablarına

NASA da üçlüyün Qazaxıstana endiyini açıqlayıb.

Yerə qayıtmazdan öncə Misurkin, yaponiyalı milyarder Yusaku Maezava və onun video prodüseri Yozo Hirano BKS heyəti ilə sağollaşıb, Soyuz MS-20-nin lyukunu bağlayıblar.

Onlar Qazaxıstanın Baykonur kosmodromundan dekabrın 8-də yola düşüblər. Yaponiyalılar 2009-cu ildən bəri BKS-ya öz hesabına gedən ilk turistlər idi. 1990-cı ildə isə yaponiyalı jurnalist Toyohiro Akiyama Mir stansiyasında olub.

Kosmik həyat YouTube-da

Maezava və Hirano BKS-dəki gündəlik həyatı Maezavanın YouTube kanalı üçün lentə alıblar. Videolarda onların diş yumaq, çay içmək kimi ritualları necə yerinə yetirdiyi görünür. Bir videoda astronavtların vanna otağından necə istifadə etdiyi göstərilir

Bu il milyarderlər İlon Mask, Cef Bezos Riçard Branson kosmosa kommersiya turistik uçuşları həyata keçiriblər.

Misurkin 2017-18-ci illərdə kosmonavt kimi altı ay BKS-də qalıb. Bu dəfə isə o, Rusiyanın TASS xəbər agentliyinin müxbiri kimi kosmosa gedib. Misurkin stansiyada həyat və iş barədə reportaj hazırlayacaq. Onun reportajları, foto və videoları agentliyin vebsaytında yerləşdiriləcək.

XS
SM
MD
LG