Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 20:45

'Azərsu' ilə 'Turan' arasında məhkəmə çəkişməsi davam edir


Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev

Dekabrın 21-də “Turan” İnformasiya Agentliyinin “Azərsu” ASC-yə qarşı iddiası üzrə ikinci məhkəmə iclası keçirilib.

Məhkəmə agentliyin informasiya sorğusuna cavab verilməsindən ötrü növbəti dəfə “Azərsu” ASC-yə dekabrın 30-a kimi vaxt verib.

Bu qərar “Azərsu” ASC-nin nümayəndəsi cavab hazırlamaqdan ötrü vaxt istədikdən sonra qəbul edilib.

Buna da bax:​ 'Turan' agentliyi 'Azərsu'nun cərimələnməsini istəyir

Agentlik “Azərsu” ASC-dən su sayğaclarının quraşdırılması üzrə dövlət proqramının və ölkə başçısının sərəncamlarının icrası barədə maliyyə bilgilərini istəyir. ASC isə 3 aydan artıqdır ki, sorğuya cavab vermir. Agentliyin iddiası üzrə ilk məhkəmə noyabrın 28-də keçirilmişdi.

Dekabrın 21-də “Azərsu” ASC-nin nümayəndəsi məhkəmədə bildirib ki, iddia ərizəsini bu günlərdə alıb və iş ilə tanış deyil. O, agentliyin informasiya sorğusunun öyrənilməsi məqsədi ilə vaxt istəyib.

Buna da bax: 'Azərsu' da vergi amnistiyasından yararlanacaq

Məhkəmə zamanı “Turan” Agentliyinin direktoru Mehman Əliyev növbəti dəfə hakimi informasiyanın təqdim olunmaması faktına hüquqi qiymət verməyə, sorğu cavablandırılmadığına görə “Azərsu” ASC-ni İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələməyə dəvət edib.

M.Əliyev “KİV haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunların kobud şəkildə pozulduğunu bir daha xatırladıb. Lakin hakim Şəfayət Məmmədova deyib ki, hələlik, cinayət tərkibi müəyyən edilməyib, məhkəmə hər hansı qərar çıxara bilməz.

“Dinləmələr göstərir ki, məhkəmə sistemi qarşıya qoyulan məsələlərə operativ reaksiya verməyə qadir deyil. Mən bir jurnalist kimi, üç aydır ki, məqalə üçün suallara cavab ala bilmirəm. Bu, nonsensdir. “KİV və informasiya azadlığı haqqında” qanuna görə, cavab maksimum 24 saat ərzində hazırlanmalıdır”, - M.Əliyev bildirib.

Buna da bax:​ Hesablama Palatası 'şişirdilmiş milyonları' niyə görmür?

Agentliyin hüquqi təmsilçisi Xalid Ağaliyev də məhkəmənin qərar verməli, “Azərsu” ASC-nin cərimələməli olduğunu deyib.

“İnformasiya sorğusu avqust ayında verilib. “İnformasiya əldə edilməsi haqqında” qanuna görə, sorğuya 7 iş günü ərzində cavab verilməli idi. Ancaq cavab verilməyib. Bu qanunun tələbi pozulub. İnzibati Xətalar Məcəlləsinə görə, informasiya sorğusuna qanunda nəzərdə tutulduğu zamanda cavab verilməməsi inzibati məsuliyyət yaradır. Yəni, sorğuya cavab verməyən qurum məcəlləyə uyğun cərimə edilməlidir”, X.Ağaliyev deyib.

Buna da bax:​ Suda tariflər artırılmayıb, birləşdirilib

Bununla belə, məhkəmə “Azərsu” ASC-yə sorğuya cavab verməkdən ötrü daha 10 gün əlavə vaxt verib.

Multimedia

XS
SM
MD
LG