Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:05

Kadırovun tənqidçisi olan blogerin öldürülmədiyi deyilir


Tumso Abduraxmanov
Tumso Abduraxmanov

Müxalifətçi çeçen bloger sağdır və İsveç polisinin mühafizəsi altındadır.

Bu barədə məlumatı AzadlıqRadiosuna mühacirətdə olan və tanınmamış Çeçenistan-İçkeriya Respublikası hökumətinin nümayəndələri veriblər.

Onlar Çeçenistan dövlət telekanalının guya bu hadisənin İçkeriya “baş naziri” Axmed Zakayevlə bağlı olduğuna dair məlumatını təkzib ediblər.

“Qroznı” telekanalı Tumso Abduraxmanovun mümkün ölümünə görə Zakayevi ittiham etmişdi.

Çeçenistan başçısı Ramzan Kadırovun məşhur tənqidçisi Abduraxmanovun guya İsveçdə öldürülməsinə dair xəbəri bir neçə mənbə, o cümlədən 1ADAT teleqram kanalı vermişdi.

İçkeriya mühacirət hökumətinin sözçüsü Abdulla Ortaxanov bu barədə deyib:

"İçkeriya Çeçen Respublikasının malik olduğu informasiyaya görə Tumso Abduraxmanov sağdır və İsveç polisinin himayəsindədir”.

Polis şərh etmir

Ortaxanov bu xəbəri öz mənbələrindən aldığını deyib, amma Abduraxmanovun hansı səbəbdən polis mühafizəsində olduğunu bildirməyib.

AzadlıqRadiosu rəsmi sorğu ilə İsveç polisinə müraciət edib. Polisin sözçüsü İren Sokolov deyib ki, qurum bundan əvvəlki şərhinə heç nə əlavə edə bilmir.

Bundan əvvəl İsveç polisi Abduraxmanovun mümkün qətli barədə xəbəri şərh etməkdən imtina etmişdi.

Blogerdən noyabrın sonlarından bəri xəbər-ətər yoxdur. Onun İsveçdə ölməsi barədə xəbəri dekabrın 1-də İçkeriya tərəfdarı olan teleqram-kanal yaymışdı.

Zakayev söhbəti

Bundan sonra dekabrın 5-də Kadırov tənqidçisinin qətli barədə 1ADAT teleqram-kanalı xəbər vermişdi.

Bu xəbəri çeçen diasporasının liderlərindən Anzor Masxadov şərh etmişdi.

Bununla belə bir çox çeçen fəallar bu xəbəri şübhə altına alırdılar.

Çeçensitanın dövlət Qroznı telekanalı bildirmişdi ki, Abduraxmanovun mümkün qətlində mühacirətdə yaşayan Zakayevin əli ola bilər.

Zakayevin özü Kiyev telekanalına müsahibəsində demişdi ki, Abduraxmanovun fəaliyyəti Kadırov və onun ətrafı üçün olduqca ağrılıdır.

O bildirmişdi ki, iddia olunan qətl kadırovçular tərəfindən törədilə bilərdi.

O xatırlatmışdı ki, Abduraxmonov Rusiyanı Kadırovun qohumu ilə münaqişədən sonra tərk etmişdi.

2020-ci ilin fevralında Tumso Abdurraxmanov İsveçdəki mənzilində hücuma məruz qalmışdı.

O vaxt 36 yaşlı blogerin başına çəkiclə zərbə endirmişdilər, amma o hücum edəni tərksilah edə bilmiş və polisə zəng etmişdi.

Bakıda İran azərbaycanlısı: 'İllərdir ki, pasport ala bilmirik'
Gözlə

No media source currently available

0:00 0:05:09 0:00

Prokuror “izin Qroznıya gedib çıxdığını” demişdi

Sonradan blogerə hücum edən şəxs – Ruslan Mamayev demişdi ki, ona əvvəlcə Abduraxmanovu yalnız izləmək tapşırılmışdı, amma tezliklə ona “Qroznıdakı adamlardan” blogerin qətli üçün 50 min avroluq sifariş gəlib.

Həmin məhkəmədə prokuror da “izin Qroznıya gedib çıxdığını” bildirmişdi.

Sui-qəsd ittihamı ilə hökm 2021-ci ilin yanvarında çıxarılmışdı. Mamayevə 9 il, onun əlbiri olan Elmira Şapiayevaya isə 8 il iş kəsilmişdi.

Bəxtiyar Hacıyev həbs edildi
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Sentyabrın 27-də Abduraxmanovun qohumlarının yaşadığı Starıye Atagi kəndinə 30 nəfərdən ibarət silahlı dəstə gəlmişdi.

Qohumlara ultimatum verilmişdi ki, əgər onlar blogerə təsir göstərə bilməsələr, onlara qan qisası elan ediləcək.

Bundan əvvəl teleqram kanal çatında Abduraxmanovla Çeçenistan parlamentinin sədri Maqomed Daudov söhbət etmişdi.

O fəalı hədələmiş və bildirmişdi ki, onun sözlərinə görə qohumları cavab verməli olacaqlar.

Sui-qəsdlər silsiləsi

2019-cu ildə Daudov bloger Tumso Abduraxmanova qan qisası elan etmişdi.

Buna səbəb Abduraxmanovun Axmat-hajı Kadırova nifrət etdiyini deməsi və onu xalqın satqını adlandırması idi.

Ramzan Kadırovun Rusiyadan xaricdəki tənqidçiləri dəfələrlə sui-qəsdlərə məruz qalıblar.

Bunlardan bəzilərinin qarşısını almaq mümkün olmayıb.

Ermənistana yaxın kəndin sakinləri: 'Burada qaz da yoxdur, şəbəkə də, həkim də...'
Gözlə

No media source currently available

0:00 0:05:02 0:00

2019-cu ilin avqustunda Berlində çeçen separatçıların keçmiş komandanlarından Zelimxan Xanqoşvili güllələnib.

2017-ci ilin sentyabrında Kiyevdə çeçen qadın Amina Okuyeva öldürülüb.

Bundan bir neçə gün sonra Kiyevdə Gürcüstan vətəndaşı, etnik çeçen Timur Maxauri qətlə yetirlib.

2009-cu ilin yanvarında Vyanada Kadırovun keçmiş cangüdəni Umar İsmayılov öldürülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG