Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 10:49

Amerikalı basketbolçunu rusiyalı silah taciri ilə dəyişdilər


BŞ milli basketbol yığmasının oyunçusu Britni Qrayner (sağda) və rusiyalı biznesmen Viktor But
BŞ milli basketbol yığmasının oyunçusu Britni Qrayner (sağda) və rusiyalı biznesmen Viktor But

Rusiya və ABŞ arasında məhbus mübadiləsinin keçirildiyi xəbər verilib.

Dekabrın 8-də verilən xəbərdə deyilir ki, ABŞ milli basketbol yığmasının oyunçusu Britni Qrayneri ABŞ-da məhkum edilmiş rusiyalı biznesmen Viktor Butla dəyişiblər.

Bu dəyiş-düyüşün haqqında xəbəri ilk dəfə CNN verib. Mübadilənin baş verdiyini həm Amerika, həm də Rusiya tərəfi təsdiq ediblər.

Prezident Co Bayden deyib ki, artıq Qraynerlə telefonda danışıb və idmançı təyyarə ilə vətəninə qayıdır.

Rusiya XİN-in məlumatına görə məhbus mübadiləsi Abu Dabi hava limanında yer alıb.

Məlumatda deyilir ki, “Rusiya vətəndaşı vətənə qayıdır”. Butun özü hadisə barədə heç bir açıqlama verməyib.

Ən böhranlı vaxtlarda da davam edən təmaslar

Bundan əvvəl, bu ilin əvvəllərində Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Rusiyada məhkum edilmiş amerikalı Trevor Ridin ABŞ həbsxanasında olan Rusiya təyyarəçisi Konstantin Yaroşşenko ilə dəyişdirildiyi xəbər verilmişdi.

Məhbus mübadiləsi barədə danışıqlar ABŞ və Rusiya arasında böhranlı vaxtlarda da davam etdirilən azsaylı təmaslardan biridir.

Xəbərdə deyilir ki, Rusiyada məhkum edilmiş daha bir amerikalı - casusluqda ittiham olunan Pol Uilanın dəyişdirilməsi də müzakirə edilib.

Onun vəkili deyib ki, Uilan həbsxanada qalır və onun dəyişdirilməsinə dair danışıqlar davam etdirilir.

Qraynerin azad olunması münasibətilə Ağ Evdə danışan Bayden deyib ki, Uilanın dəyişdirilməsinə dair danışıqlar davam etdiriləcək.

Qrayner Yekaterinburqun UQKM qadın basketbol klubunda çıxış edirdi. O ABŞ yığmasının tərkibində iki dəfə olimpiya çempionu olub.

Dəyiş-düyüş danışıqları

Qrayner 2022-cu ilin fevralında Şeremetyevo hava limanında saxlanmışdı. Onun çantasında anaşa yağı aşkar etmişdilər. Bu maddə ABŞ-ın bir sıra ştatlarında leqal olsa da, Rusiyada dövriyyəsi qadağan edilib.

Avqust ayında Ximki məhkəməsi Qrayneri narkotik maddələrin qaçaqmalçılığında təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum etmişdi.

Vəkilləri onun noyabrın 17-də Mordoviyadakı koloniyaya etaplandığını xəbər vermişdilər.

Tehranda başıaçıq qadınlar gözə dəyir
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Viktor Buta gəlincə isə o Kolumbiyanın antihökumət qüvvələrinə silah satışı hazırladığına görə 2012-ci ildə ABŞ-da 25 il müddətinə azadlıqdan məhrum edilmişdi. But təqsirini boynuna almırdı.

İyulun 27-də ABŞ dövlət katibi Entoni Blinken demişdi ki, Vaşinqton Moskvaya Uilan və Qreynerin dəyişdirilməsi ilə bağlı “əsaslı təklif” verib.

Bloomberg yazırdı ki, Moskva Butla yalnız bir nəfərin və ya iki nəfərin iki nəfərə dəyişdirilməsində israr edirdi.

Rusiya tərəfi Almaniyada çeçen komandirin qətlinə görə həbxanada olan şəxsin – Rusiya xüsusi xidmətlərinin agentinin də dəyişdirilməsini istəyirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG