Tatarstanda məscidin önündə göbək rəqsi oynayan qızın klipi qalmaqal yaradıb.
Bulqar şəhərindəki Ağ məscidin (yerlilər üçün çox mötəbər ziyarətgahdır) önündə çəkilən klip Facebook-da birmənalı qarşılanmayıb.
Rezeda Qaniullinanın "Canım" adlanan bu klipinə "Allahın evinə hörmətsizlik", "əxlaqsızlıq", "striptiz" kimi reaksiya verən də olub, "gözəl qızdı" deyib burda pis bir şey görməyənlər də.