Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Trump 'nəhayət ki' Ukraynaya 250 milyon dollarlıq vəsaiti buraxır


Trump administrasiyası Ukraynaya hərbi yardım kimi ayrılmış 250 milyon dolların Kiyevə verilməsinə dair qərar qəbul edib.

Administrasiya Ukraynada Rusiya təcavüzünün önlənməsi üçün ayrılmış bu vəsaiti vermədiyinə görə bundan əvvəl kəskin tənqid edilmişdi.

Şərhçilərin fikrincə Ukraynaya yardımın verilməsi barədə qərar məhz indi, Senatın müvafiq palatasının sentyabrın 12-ə təyin edilmiş iclasından az əvvəl açıqlanıb.

Bu iclasda hər iki partiyadan olan millət vəkillərinin Trump-ı artıq Konqres tərəfindən təsdiq olunmuş vəsaiti indiyədək saxladığına görə kəskin tənqid edəcəkləri gözlənilirdi.

Demokrat senator Dick Durbin başda olmaqla millət vəkilləri Trump-ı bu pulu Ukraynaya verməyə məcbur edəcək qanunvericilik aktını qəbul etməyə hazır idilər.

Trump-ın yaxın müttəfiqi Lindsey Graham da daxil bir neçə respublikaçı senator bu qanun layihəsinə demokratlarla birlikdə səs verəcəklərini bildirmişdilər.

Luiziana ştatından respublikaçı senator John Kennedy demişdi ki, ABŞ-ın Ukraynaya dəstəyi məsələsi müzakirə mövzusu olmamalıdır.

Ukrayna Rusiyanın təcavüzünə qarşı mübarizədə ABŞ-dan gələn maliyyə-texniki yardımlara böyük önəm verir.

AzadlıqRadiosunun Kiyevdəki müxbiri bildirir ki, Ukrayna rəsmiləri ABŞ adminsitrasiyasının qərarından sonra “rahat nəfəs alıblar”.

Ukraynanın müdafiə büdcəsi 2017-ci ildə 5.2 milyard dollar idi. ABŞ-ın verdiyi 250 milyon dollarlıq yardım bunun 5 faizini təşkil edir.

Trump-ın tənqidçiləri bundan əvvəl deyirdilər ki, o, Ukraynaya çatacaq vəsaiti Rusiyaya görə verməyə o qədər də həvəs göstərmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG