Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 04:59

Trump təhqiqat altında olduğunu, deyəsən, etiraf edir


ABŞ prezidenti Donald Trump yazdığı Tvitter postunda FTB direktoru James Comey-ni işdən çıxarması ilə bağlı təhqiqat altında olduğunu, deyəsən, etiraf edib. Lakin o həm də işarə edib ki, bu araşdırmanı ona Comey-ni işdən çıxarmağı təklif etmiş şəxs aparır.

İyunun 16 yazdığı tvitdə Trump bildirir: “Mən FTB direktorunu vəzifəsindən çıxardığıma görə FTB direktorunu işdən çıxarmağı mənə məsləhət görmüş şəxs tərəfindən araşdırılıram. Əcinnə ovudur”.

Bəlli deyil ki, Trump-a təhqiqat barədə rəsmi bildiriş gəlib, yoxsa o sadəcə olaraq media xəbərlərinə reaksiya verib.

Anonim mənbələrə istinadən bu həftə “The Washington Post” yazıb ki, xüsusi prokuror Robert Mueller 2016-cı il ABŞ seçkilərinə Rusiyanın müdaxiləsinə dair araşdrımanın miqyasını genişləndirib və indi bu təhqiqata həm də Trump-ın Comey-ni işdən azad etməklə ədalətə mümkün əngəl törətməsini daxil edib.

Mueller-in ilkin təhqiqatı Trump-ın yaxın çevrəsinin, onun demokrat rəqibi, keçmiş dövlət katibi Hillary Clinton-a qarşı seçkidə şans qazanması üçün seçkini təsirləndirmək məqsədilə Rusiya rəsmiləri ilə mümkün sövdələşməsinə aid idi.

Mayın 9-da Trump tərəfindən vəzifəsindən çıxarılanadək FTB-nin direktoru kimi bu təhqiqatı Comey aparırdı.

Rosenstein-in rolu?

Burası da aydın deyil ki, Trump-ın tvitində spesifik olaraq baş prokurorun müavini Rod Rosenstein nəzərdə tutulub, yoxsa yox. Baş prokuror Jeff Sessions bu təhqiqatdan könüllü şəkildə aralandıqdan sonra, Rusiya rəsmiləri ilə Trump-ın seçki kampaniyasına daxil adamlar arasında mümkün əlaqələrin araşdırlmasına nəzarəti onun müavini Rosentein həyata keçirir.

Baş prokurorun müavini Rod Rosenstein
Baş prokurorun müavini Rod Rosenstein

Rosenstein, barəsində geniş məlumat verilən memo-nu təqdim edib. Onun prezidentə göndərdiyi bu memoda Comey-nin fəaliyyətindən narahatlıq ifadə olunurdu. Trump əvvəlcə Comey-ni bu memonun əsasında işdən çıxardığını desə də, sonradan bildirmişdi ki, Comey-ni işdən çıxarmaq qərarına Rosentein-in memosundan əvvəl özü gəlmişdi.

Comey vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Rosenstein Rusiyanın seçki müdaxiləsinin araşdırılması üçün müstəqil xüsusi prokuror vəzifəsinə Mueller-i təyib edib.

ABŞ-ın ABC televiziya şəbəkəsinin adı çəkilməyən mənbələrə istinadən verdiyi məlumata görə Rosenstein baş prokurorun üçüncü müavini Rachel Brand-a özünü bu təhqiqatdan aralamaq niyyətində olduğunu deyib. İddia olunduğuna görə o bunu Comey barədə Trump-a göndərdiyi memo ilə bağlı etmək istədiyini söyləyib.

Trump Rusiyanın ABŞ seçkisinə müdaxiləsi barədə iddiaları rədd edir və bu barədə məlumatları “saxta xəbər” adlandırır.

İyunun 16-da yazdığı başqa bir tvitdə Trump bildirir: “Mənim ruslarla sövdələşmələrinə” dair 7 ay davam edən təhqiqatlardan və komitə dinləmələrindən sonra heç kəs sübut göstərə bilməyib. Kədərlidir!”

Comey-nin ifadəsi

Trump-ın ədalətə mümkün maneçilik törətməsinə dair narahatlıqlar iyunun 8-də Comey-nin Senat palatası qarşısında verdiyi ifadədən sonra yaranıb.

Comey bu ifadədə inandığını bildirib ki, onun vəzifəsindən çxıarılması Rusiyanın mümkün müdaxiləsini və mümkün sövdələşməni araşdırmasına görə baş verib.

Comey habelə demişdi ki, Trump ondan keçmiş müşaviri Michael Flynn-in Rusiya rəsmiləri ilə əlaqələrinə dair araşdırmanı dayandırmasını istəyib.

Trump-ın kürəkəni Jared Kushner də təhqiqat altındadır
Trump-ın kürəkəni Jared Kushner də təhqiqat altındadır

Mayın sonlarında Trump ona uzun müddət xidmət etmiş hüquq məsləhətçisi Marc Kasowitz-i Rusiya ilə bağlı məsələlərdə onu təmsil etmək üçün kirayələyib.

İyunun 15-də vise-prezident Mike Pence də Rusiya ilə bağlı məsələlərdə onu təmsil etməsi üçün vəkil tutduğunu bildirib.

Bu arada “The New York Times” iyunun 16-da xəbər verib ki, Trump-ın keçid komadasının baş müvəkkilinin ofisi işçi heyətə Rusiya və Ukraynaya dair səfər sənədləri də daxil bütün sənədlərin saxlanması göstərişini verib.

Başqa bir məqalədə “The Washington Post” xəbər verir ki, Mueller həmçinin Trump-ın müşaviri Jared Kushner-in maliyyə və biznes fəaliyyətini araşdırır.

Mülk biznesi ilə məşğul olan Kushner həm də Trump-ın qızı İvankanın əridir. O hazırda keçid administrasiyası dövründə Rusiya səfiri Sergey Kislyak və bir Rusiya bankiri ilə görüşdüyünə görə araşdırlır.

Günün bütün mövzuları

XS
SM
MD
LG