Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Trump deyir ki, Talibanla danışıqlar artıq ‘ölüb’


ABŞ prezidenti Donald Trump sentyabrın 9-da, Əfqanıstan və Taliban liderləri ilə məxfi görüşü ləğv etdikdən bir gün sonra deyib ki, ABŞ-ın Talibanla danışıqları artıq “ölüb”.

Trump Ağ Evdə jurnalistlərə bildirib ki, o Talibanla az qala bir ilə yaxındır aparılan danışıqlarda məna görmür.

Sülh danışıqları barədə suala cavab verərkən Trump deyib:

“Danışıqlar ölüb. Mənə qalsa, bu danışıqlar artıq ölüb”.

Bununla belə indi Trump-ın Əfqanıstandakı ABŞ qoşunlarının ixtisarı planının həyata keçirilib-keçirilməyəcəyi bilinmir.

Trump sentyabrın 9-da deyib ki, onun administrasiyası qoşunların azaldılmasına dair planın həyata keçirilməsinin məqsəduyğunluğu məsələsini nəzərdən keçirir:

“Biz ordan çıxmaq istəyirik, amma biz ordan lazımi vaxtda çıxacağıq”.

Beləliklə Qətərin Doha şəhərində bir ildir ki, davam edən ABŞ-Taliban sülh danışıqları iflasa uğrayıb.

Trump ABŞ qoşunlarının “sonsuz Əfqanıstan müharibəsindən” çıxarılmasının zəruriliyi barədə 2016-cı ildən danışır.

Prezident sentyabrın 9-da yazdığı tvitdə bildirir ki, Amerika Əfqanıstanda polis kimi fəaliyyət göstərib, amma bu, “bizim əsgərlərimizin işi olmamalıdır”.

Trump əlavə edib ki, son dörd gündə ABŞ qoşunları düşmənə həmişə olduğundan daha ağır zərbələr endirib.

Dövlət katibi Mike Pompeo sentyabrın 9-da Trump-ın Talibanla danışıqları dayandırmaq qərarını müdafiə edib.

O deyib ki, Taliban ölkə daxilində terror hücumları etməklə danışıqlarda üstünlüyə malik olmaq istəyirdi, amma prezident Trump “düzgün qərar qəbul edərək bunun belə davam edə biməyəcəyini deyib”.

Trump bildirib ki, Talibanla danışıqları bu təşkilatın bu yaxınlarda Kabulda törətdiyi hücuma görə dayandırıb. Bu hücum zamanı ABŞ-ın bir hərbi qulluqçusu ölüb.

Taliban Əfqanıstan hökuməti ilə birbaşa danışıqlardan imtina edir.

Bundan əvvəl ABŞ rəsmiləri Talibanla sülh razılaşmasının “çox yaxın” olduğunu bildirirdilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG