Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:54

Soleimani dəfn edildi, Trump sabah bəyanat verəcəyini dedi (Video)


ABŞ prezidenti Donald Trump, 7 yanvar, 2020
ABŞ prezidenti Donald Trump, 7 yanvar, 2020

Ötən həftə Bağdadda öldürülmüş iranlı general Qassem Soleimani yanvarın 8-i səhər saatlarında doğulduğu Kirman şəhərində dəfn edilib.

Soleimani yanvarın 3-də Bağdad hava limanında ABŞ-in hava zərbəsi nəticəsində ölüb.

İranlı general Soleimani dəfn edildi
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Reuters “Fars” xəbərlər agentliyinə istinadla xəbər verir ki, dəfn mərasimi bir gün əvvəl keçirilməli id, amma mərasim zamanı baş verən basabasda azı 56 nfərin ölümünə görə təxirə salınmalı oldu.

İnsident zamanı həmçinin 200-dən çox adamın xəsarət aldığı bildirilir.

İran dəfn mərasimindən əvvəl azı İraqdakı 2 hərbi obyektə 10-dan çox ballistic raket buraxıb.

Həmin obyektlərin ABŞ-ın rəhbərlik etdiyi hərbi kolaisiyanın nəzarətində olduğu bildirilir.

Qeyd edək ki, İran Solaeimaninin ölümündən sonra ABŞ-dan əvəz çıxacağını bəyan eləmişdi.

“İki hərbi bazaya raketlər İran tərəfindən buraxılıb.İtki və dəymiş zərərin həçmi araşdırılır. Hər şey qaydasında gedir.Bu gün biz dünyada ən güclü və yaxşı təhciz edilmiş orduya malikik. Sabah səhər bəyanat verəcəm”, ABŞ prezidenti Donald Trump özünün Tvitter səhifəsində yazıb.

İranın bu hücumundan sonra dünyada "Brent" markalı neftin qiyməti 4 faiz bahalaşıb, Asiya birjalarında isə səhmlər düşüb.

ABŞ İran və İraq ərazisində kommersiya reyslərini qadağan edib.

Qeyd edək ki, Süleymaninin qətlindən sonra onsuz da gərgin olan ABŞ-İran münasibətləri daha da pisləşib.

Vaşinqtonun məlumatına görə, Süleymani ABŞ diplomatlarına qarşı hücum planlaşdırırmış.

Əl Qüds qüvvələrinin komandanı general Qassem Soleimani İslam Keşikçiləri Korpusunun xarici əməliyyatlarını həyata keçirirdi.

İslam Keşikçiləri Korpusu ABŞ-ın terrorçu təşkilatlar siyahısındadır.

Süleymani Yaxın Şərqdə keçirilən hərbi kampaniyalarda mühüm rol oynayırdı.

Əl Qüds siə birləşməsinin Livandakı Hizbullah qrupu və Suriya prezidenti Başar Əsədlə yaxın əlaqələri var.

ABŞ-ın bu əməliyyatı, bu günlərdə Bağdaddakı ABŞ səfirliyinə edilmiş hücumdan bir neçə gün sonraya təsadüf edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG