Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:38

ABŞ Senatı Trump-a yaxın adamlardan Rusiya əlaqələrinə dair məlumatları istəyib


Carter Page 2016-cı il, dekabrın 12-də Moskvada mühazirə oxuyarkən
Carter Page 2016-cı il, dekabrın 12-də Moskvada mühazirə oxuyarkən

ABŞ mediası xəbər verir ki, prezident Donald Trump-la bağlı bir neçə nəfərdən özlərinin Rusiya rəsmiləri ilə əlaqələrinə və Rusiya biznes maraqlarına dair informasiyaları təqdim etmələri istənib.

The New York Times qəzetinin və Associated Press agentliyinin mayın 5-də yaydıqları xəbərə görə Trump-ın keçmiş xarici siyasət müşaviri Carter Page, işdən çıxarılmış milli təhlükəsizlik müşaviri Michael Flynn, keçmiş kampaniya rəhbəri Paul Manafort və respublikaçı strateq Roger Stone bu xüsusda Senatın Kəşfiyyat Komitəsindən məktub alan şəxslərin arasındadırlar.

Page komitə ilə əməkdaşlıq edəcəyini bildirib, lakin təhqiqatı “komik dərəcədə saxta” adlandırıb.

Stone Associated Press agentliyinə deyib: “Mən əlbəttə, hazıram və səbirsizəm ki, tamamilə açıq sessiyada ifadə verim və mən immunitet istəməmişəm və hazıram”.

Lakin Flynn və Manafort şərh verməkdən imtina ediblər.

AP agentliyinin gördüyü məktubda Page və Stone-dan 2015-ci ilin 16 iyunundan 2017-ci ilin 20 yanvarınadək Rusiya rəsmiləri və Rusiya biznesi maraqlarının təmsilçiləri ilə bütün görüş və kontaktlarına aid e-mail, məktub, telefon danışıqları və ya hər hansı başqa informasiyaları təqdim etmələri istənir.

Görüşlərin siyahıları mayın 9-a, emal, SMS və telefon zəngləri siyahıları isə mayın 19-dək təqdim olunmalıdır.

Bu iki nəfərdən habelə Kəşfiyyat Komitəsi əməkdaşları ilə qapalı söhbətlərə gəlmələri tələb olunub.

ABŞ-ın kəşfiyyat orqanları əvvəllər bildiriblər ki, onlar Rusiyanın Trump-ın kampaniyasına dəstək vermək məqsədilə 2016-cı il seçkisinə müdaxilə etdiyinə inanırlar.

Trump Rusiyanın mümkün müdaxiləsini qəbul etsə də, bunun seçki nəticələrinə təsiri olmadığını bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG