Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 13:11

Trump yolunda pul xərcləyənlərə vəzifə verilir


Donald Trump, Florida, 2 noyabr 2016

Trump seçkidə ona milyonlarla dollar ianə edənlərə vəzifə verir. ABŞ-da prezident postuna seçilmiş Donald Trump öz siyasi rəqiblərini “oyun üçün ödə” siyasəti və “klan kapitalizmi və korrupsiyası”na görə daim sərt tənqid edib.

Ancaq indi Trump özünün iri ianəçilərini özünün gələcək prezident adminstrasiyasına indiyədək görünməmiş çıxış, prestij, güc və təsir imkanları ilə mükafatlandırır. İctimai Şəffaflıq Mərkəzi Center for Public İntegrity, Federal Seçki Komissiyasının açıqladığı seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı bilgiləri analiz edərkən bu qənaətə gəlib.

18 ultra varlı amerikalı respublikaçıların prezident kampaniyasında azı 1 milyon dollar yardım ediblər və indi onların bəziləri hökumətdə təmsil olunmağa başlayırlar.

Buna da bax: Trump Bakıdakı layihədən milyonlar qazanıb- [video]

“World Wrestling Entertainment” şirkətinin keçmiş icraçı direktoru Linda McMahon Trump Kabinetinin siyahısındadır: ABŞ-ın yeni prezidenti onu federal hökumətin Kiçik Biznes Adminstrasiyasının rəhbərliyinə gətirir. Trump-ın seçki kampaniyasında 6,2 milyon dollar xərcləyən Linda və onun əri Vince McMahon-lar həm də yeni prezidentin mübahisəli xeyriyyə fonduna milyonlarla dollar ianə ediblər.

ABŞ dolları
ABŞ dolları

Milyarderlər yeni adminstrasiyada

Trump yeni kabinetində görmək istədiyi şəxslərin adını açıqlayıb: milyarder xeyriyyəçi Betsy DeVos təhsil katibi, restoranlar nəhəngi AndyPuzder əmək katibi, milyarder sərmayəçi Wilbur Ross ticarət katibi vəzifələrinə namizəddirlər.

Mənzil və Şəhər inkişafı departamentinin rəhbərliyinə namizəd Ben Carson Trump-ı dəstəkləyən super PAC-a (seçki proseslərində təbliğat və əks-təbliğatla məşğul olan və ianə qəbulunda limit qoymyan müstəqil təşkilat – red.) seçki günündən 4 gün öncə 100 min dollar ödəyib.

Super PAC-ları maliyyələşdirənlər

Digər varlı iş adamı Robert Mercer qızının təsis etdiyi və Trump-ı dəstəkləyən super PAC-ına 2 milyon dollar yardım edib və indi o öz qızı Rebekah-la Trump-ın qanunvericilik üzrə məsləhətçisi olacaq yeni təşkilatda aparıcı rol oynayırlar. Robert Mercer-in qızı Rebekah Mercer Trump-ın prezidentliyə keçid komandasının üzvüdür.

Buna da bax: Donald Trump-ın azərbaycanlı ortağı

Silikon Valley-in sərmayəçilərindən biri olan Pefer Thiel Rebekah Mercer-in rəhbərlik etdiyi “Make America Number 1” super PAC-ına prezident seçki kampaniyasının son günlərində 1 milyon dollar yardım edib.

Trump-a dəstəyindən açıq danışan texnika nəhəngi Thiel onun prezident keçid komandasının icra şurasının üzvüdür.

ABŞ-da seçki 2016
ABŞ-da seçki 2016

Trump-ın əleyhinə təbliğat aparan super PAC-ı maliyyələşdirən milyarder Joe Ricketts Trump-ı dəstəkləyən“Future 45.” super PAC-a 1 milyon dollar ödəyəndən sonra yeni prezidentin sevimliləri cərgəsinə daxil olub.

Onun “Future45.” Super PAC-nın fəaliyyətinə kömək edən oğlu Todd Ricketts-in adı ticarət katibinin müavini vəzifəsinə namizəd kimi çəkilir.

Trump kazino maqnatları Sheldon Adelson və onun xanımı Miriam Adelson-a yeni iş tapşırıb: Onlar Trump-ın inauqurasiya komitəsinin maliyyələşdirilməsi üçün milyonlarla dollar ianə toplamaqla məşğuldurlar.

Sheldon Adelson xanımı ilə birlikdə Trump qrupuna 10,2 milyon dollarlıq ianə ediblər. Adelsonslar İsrailin güclü tərəfdarlarıdırlar və onlayn qumarın əleyhinədirlər.

Buna da bax: Trump Ziya və Anar Məmmədovlara görə sorğu-suala çəkilir

Trump-ın keçid komandasından bu məsələlərlə bağlı şərh almaq mümkün olmayıb.

Donald Trump
Donald Trump

Donorlardan səfir də çıxacaq

Həm demokratlardan, həm də respublikaçılardan olan müasir prezidentlər mütəmadi donorlara səfirlik postları təklif ediblər. Trump işarə verib ki, bu təcrübəni dəyişməyəcək, əksinə, bir az da irəli gedəcək.

Məsələn, o, əsas donorlarından biri, Nyu York Jets-in sahibi, futbol maqnatı Woody Johnson-un adını ABŞ-ın Böyük Britaniyadakı səfiri vəzifəsinə namizəd kimi çəkib. Woody Johnson hazırda Trump-ın inauqurasiya komitəsinin üzvüdür.

“Home Depot” şirkətinin təsisçisi milyarder Bernard Marcus Trumpyönlü super PAC-lara 7 milyon dollar ianə edib. O deyir ki, Trump adminstrasiyasında formal rol oynamaq fikri yoxdur, ancaq Trump onun məsləhətinə ehtiyac duyarsa, buna hazırdır.

Sonda, Trump öz kampaniyasının əsas donorlarından biri olub. O, öz seçki kampaniyasına 66 milyon dollar pul qoyub. Bu onun kampaniyasında toplanan 339 milyon dollarlıq vəsaitin 19 faizini təşkil edib.

XS
SM
MD
LG