Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:18

Ağ Ev: ‘Trump Rusiyanın Krımı Ukraynaya qaytarmasını gözləyir’


Ağ Evin mətbuat katibi Sean Spicer
Ağ Evin mətbuat katibi Sean Spicer

Ağ Ev bəyan edib ki, prezident Donald Trump “tam şəkildə Rusiyanın Krımı Ukraynaya qaytarmasını gözləyir”.

AzadlıqRadiosu xəbər verir ki, prezidentin mətbuat katibi Sean Spicer bu məlumatı Trump-ın milli təhlükəszilik müşaviri Michael Flynn-in istefasına həsr olunmuş mərbuat konfransında verib.

Flynn Trump-ın inaqurasiyasından əvvəl Rusiyanın ABŞ-dakı səfiri ilə telefon söhbətinə və bu söhbət zamanı Moskva üzərindəki sanksiyaların qaldırılması məsələsini müzakirə etdiyinə dair iddialarla əlaqədar fevralın 14-də istefa verib.

Rusiya üzərinə ABŞ sanksiyaları 2014-cü ildə Rusiyanın Krımı Ukraynadan ilhaq etməsinə cavab olaraq Barack Obama tərəfindən qoyulub.

Buna baxmayaraq, Trump bundan əvvəl Rusiya ilə yaxşı münasibətlərə can atdığını dəfələrlə elan edib və sanksiyaların qaldırılması məsələsinə baxılacağını söyləyib.

Spicer Trump-ın Rusiyaya münasibətini izah edərkən deyib ki, “prezident Rusiya hökumətindən Ukraynadakı zorakılıqlara son qoyulmalı və Krımın Ukraynaya qaytarılmalı olduğunu Rusiya hökumətinə aydın şəkildə bildirib”.

"Vəziyyətin qəribəliyi bundadır ki, prezident Rusiyaya münasibətdə həmişə sərt olub. O daim Krım məsələsini qaldırmaqda davam edir, halbuki əvvəlki administrasiya bu məsələdə Rusiyanın təşəbbüsü ələ almasına imkan vermişdi” – deyib Spicer.

Spicer həmçinin ABŞ-ın BMT-dəki səfiri Nikki Haley-in fevralın 3-də Təhlükəsizlik Şurasında etdiyi çıxışını yada salıb. Xanım Haley həmin çıxışında demişdi ki, “Krım Ukraynanın bir parçasıdır”.

Səfir bildirmişdi ki, “Krımla bağlı sanksiyalar Rusiya Krımı Ukraynanın nəzarəti altına qaytaranadək qaldırılmayacaq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG