Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Ali Məhkəmə Trump-ın səfər qadağanını qüvvəyə mindirən hökm verib


ABŞ Ali Məhkəməsinin binası
ABŞ Ali Məhkəməsinin binası

ABŞ Ali Məhkəməsi prezident Donald Trump-ın 6 müsəlman ölkəsindən Birləşmiş Ştatlara səfər qadağanını tam qüvvəyə mindirən hökm verib.

Dekabrın 4-də Ali Məhkəmənin 9 hakimindən yeddisi administrasiyanın, aşağı məhkəmə instansiyalarının səfər qadağanına qoyduğu blokun qaldırılmasına dair vəsatətini təmin edib.

Donald Trump prezident postuna gəldikdən dərhal sonra İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının ABŞ-a səfərlərinə 90 günlük qadağan qoyan fərmanını elan etmişdi.

Sonradan İraq bu siyahıdan çıxarılmışdı.

Birləşmiş Ştatların bir neçə federal məhkəməsi prezidentin fərmanını bloklayan hökm vermişdi.

Lakin artıq sentyabrın 24-də Trump yeni səfər qadağanı fərmanını imzalamışdı. Bu fərmandakı səfər qadağanı siyahısına artıq Venesuela, Çad və Şimali Koreya əlavə olunmuş, lakin Sudanın adı siyahıdan çıxarılmışdı.

Ali Məhkəmənin dekabrın 4-də təsdiqlədiyi hökmdə fərmandakı siyahıda İran, Yəmən, Liviya, Suriya, Somali və Çadın adları qalır.

Bu ölkələrin vətəndaşlarına yalnız ABŞ-da qohumları olduğu halda bu ölkəyə səfər etmək icazəsi veriləcək.

Venesuela və Şimali Koreyanın adları əlavə edilmiş fərmanın qüvvəyə minməsinə artıq aşağı instansiya məhkəmələri icazə vermişdi.

Kaliforniya və Virciniyanın apellyasiya məhkəmələri bu həftə qadağanın qanuniliyi məsələsini müzakirə etməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG