Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:36

Putin Vaşinqtona getməyə hazırdır, amma…


Rusiya prezidenti Vladimir Putin iyulun 27-də deyib ki, o ABŞ prezidenti Donald Trump-ı Moskvaya dəvət edib və onların ikisi də növbəti sammitlərə hazırdırlar.

Putin əlavə edib ki, o Vaşinqtona səfər etməyə hazırdır, lakin bu görüş üçün münasib şəraitin olması vacibdir.

Cənubu Afrikada keçirilən BRICS sammitindən sonra Putin jurnalistlərə deyib ki, Moskva və Vaşinqton arasında yalnız telefon söhbətləri kafi deyil:

"Trump Moskvaya dəvətlidir. Mən bu barədə ona demişəm. Mən də Vaşinqtona getməyə hazıram, amma yalnız bunun üçün lazımi şərait yaradıldıqdan sonra”.

Putin bunu da bildirib ki, Rusiya və ABŞ G20 qrupu çərçivəsində də əlaqələrini davam etdirmək niyyətindədirlər:

“Beləliklə Birləşmiş Ştatlarda daxili siyasətin yaratdığı çətinliklərə baxmayaraq bizim əlaqələrimiz davam edir”.

O deyib ki, Trump-la İranla nüvə sazişi və başqa qlobal münaqişələri müzakiurə etməlidir.

Putin vurğulayıb ki, Trump-la danışıqlar çox mühümdür, çünki bu danışıqların “bütün Avropa da daxil, dünyadakı bir çox ölkələrə aidiyyəti var”.

Rusiya prezidenti Trump-ın öz seçki kampaniyası zamanı verdiyi bütün vədləri yerinə yetirmək əzmini təqdir edib.

Putin bildirib ki, BRICS sammitinin gəldiyi ən önəmli nəticələrdən biri də budur ki, təşkilat Rusiya üzərinə ABŞ tərəfindən qoyulmuş iqtisadi sanksiyaların “yolverilməzliyini” qəbul edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG