Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 21:06

Trump metro partlayışı ilə əlaqədar Putin-ə zəng edib


ABŞ prezidenti Donald Trump Vladimir Putinə zəng edərək ona Sankt Peterburq şəhərinin metropolitenində törədilmiş bomba partlayışı ilə əlaqədar ABŞ-ın “tam dəstəyini” bildirib.

Aprelin 3-də Ağ Evin yaydığı bəyanatda deyilir ki, Trump “bu hücuma cavab verilməsində və məsuliyyət daşıyanların ədalət qarşısına gətirilməsində Birləşmiş Ştatlar hökumətinin tam dəstəyini” vəd edib.

"Trump və prezident Putin razılaşıblar ki, terrorizm qətiyyətlə və tez bir zamanda məğlub edilməlidir” – deyilir bəyanatda. Beləliklə, Kreml sözçüsü Dmitri Peskovun bundan əvvəl verdiyi məlumatlar təsdiqini tapıb.

Peskov demişdi ki, Trump “partlayış qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verib”.

Bu partlayış üçün məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Rusiya hakimiyyət orqanları partlayışın terrorçu hücum olduğuna inanırlar.

Hazırda partlayışın təhqiqatı barədə Rusiyadan alınan məlumatlar əlaqəsiz və yayğındır.

Interfax xəbər verir ki, polis partlayışın 23 yaşlı intiharçı tərəfindən törədildiyini güman edir.

Agentliyin adını çəkmədiyi mənbədən aldığı məlumata görə həmin şəxs partladıcını bel çantasında daşıyırmış.

TASS agentliyinin verdiyi məlumata görə partlayışın radikal islamçı qruplarla bağlılığı olan Mərkəzi Asiyalı tərəfindən törədildiyi düşünülür.

Məlumatda bu da qeyd olunur ki, Mərkəzi Asiyadan olan bir qadın da bu aktın törədilməsi ilə əlaqəli ola bilər.

Bu məlumatlar hələlik rəsmən təsdiq olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG