Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Trump və Putin arasında telefon söhbəti olub


Trump və Putin noyabrın 11-də APEC sammitinin açılışından əvvəl görüşmüşdülər
Trump və Putin noyabrın 11-də APEC sammitinin açılışından əvvəl görüşmüşdülər

Ağ Ev bildirir ki, ABŞ və Rusiya prezidentləri Donald Trump və Vladimir Putin telefon söhbətində Suriya, İran, Şimali Koreya və Ukrayna məsələlərini müzakirə ediblər.

Trump-la Putin arasında noyabrın 21-də yer almış telefon söhbətindən bir gün əvvəl Rusiya prezidenti suriyalı həmkarı Bashar al-Assad-la Soçi şəhərində görüşmüşdü.

Noyabrın 22-də Soçidə Rusiya, İran və Türkiyə nümayəndələrinin sammiti keçirilməlidir.

Ağ Evin yaydığı bəyanatda deyilir ki, Trump-la Putin arasında söhbət bir saatadək çəkib.

Bundan əvvəl iki prezident bu ayın əvvəllərində Vyetnamda keçirilən APEC sammitinin kuluarlarında bir neçə dəfə qeyri-rəsmi söhbət etmişdilər.

Trump və Putinin noyabrın 11-də elan edilmiş birgə bəyanatında iki tərəf Suriya münaqişəsinə siyasi həll tapılmasının zəruriliyini qeyd etmiş və bildirmişdilər ki, onlar İslam Dövləti ekstremist təşkilatına qarşı mübarizəni davam etdirəcəklər.

O vaxt Trump bu bəyanatı “fövqəladə mühüm” adlandırmışdı.

Ağ Evin məlumatında deyilir ki, noyabrın 21-də baş vermiş telefon söhbətində prezidentlər 11 noyabr bəyanatına sadiq qaldıqlarını təsdiq ediblər.

Bu da xəbər verilir ki, iki prezident telefon söhbətində Suriya münaqişəsinin həllinə dair BMT-nin egidası altında aparılan Cenevrə prosesinə dəstək ifadə ediblər.

Onlar qaçqın düşmüş suriyalıların evlərinə qayıtmasının, vahid Suriyada stabillik yaradılmasınınmühümlüyünü qeyd ediblər.

BMT-nin təşkilatçılığı ilə keçirilən Suriya danışıqları noyabrın 28-də Cenevrədə davam etdirilməlidir.

Bundan əvvəl, noyabrın 23-də Suriya müxalifətinin nümayəndələri Səudiyyə Ərəbistanında görüşərək vahid təmsilçilik barədə razılığa gəlməlidirlər.

Kremlin yaydığı bəyanatda deyilir ki, Assad noyabrın 21-də Soçiyə, Rusiya, Türkiyə və İran tərəfindən tərtib olunmuş sülh təşəbbüsünə razılıq verməsi üçün dəvət olunmuşdu.

Putin Trump-la telefon danışığında Assad-la görüşü barədə də məlumat verib. O bildirib ki, Dəməşq altı ildir davam edən münaqişəyə dinc həll yolu tapılmasına rəğbətli münasinət bəsləyir.

Qərb ölkələri, Suriyada 2011-ci ildə münaqişə başlanandan bəri Assad-ın istefasına çağırırdılar və onun öz postunu tərk etməməsi bundan əvvəlki bütün sülh danışqılarına əngəl olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG