Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 08:37

Trump Putini G7-nin ABŞ sammitinə dəvət edə biləcəyini deyir


Prezident Donald Trump avqustun 26-da israr edib ki, o G7 qrupunun sammiti Birləşmiş Ştatlarda keçiriləndə Rusiya prezidenti Vladimir Putini ora dəvət edəcək.

Rusiya G8 qrupundan 2014-cü ildə Krımı ilhaq etdikdən sonra çıxarılıb və o vaxtdan bu təşkilat G7 adlanır.

Trump G7-nin Fransada keçirilən sammitinin sonunda təşkil olunmuş mətbuat konfransında deyib:

"Mən onu mütləq dəvət edərdim. Mən onun gəlib-gəlməyəcəyini bilmirəm. Bu psixoloji baxımdan çətin məsələdir. O qürurlu insandır”.

Trump-ın Biarritz şəhərində dedikləri onun Rusiyanın G7-yə qaytarılmasını istədiyinə dair bir həftə ərzində verdiyi ikinci bəyanatdır. Trump avqustun 21-də Ağ Evdə jurnalistlərə demişdi:

“Mən bu addımı dəstəkləyə bilərdim. Rusiyanın bu qrupda olması daha məqsədəuyğundur. Bu qrup G8 olmalıdır, çünkli bizim burada danışdığımız bir çox məsələlər Rusiya ilə bağlıdır”.

Trump deyib ki, “əgər kimsə belə təşəbbüs qaldırsa, mən əminliklə buna müsbət reaksiya verərdim.”.

Rusiya G8 qrupundan Moskva Krımı ilhaq edəndən və Ukraynanın şərqində separatçı münaqişəni qızışdırandan xaric edilib.

Bundan başqa Rusiya prezidenti ölkəsinin daxilində və xaricində opponentlərinin qətllərinə əmr verməkdə günahlandırılır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG