Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Trump Polşaya əlavə hərbi qüvvə göndərilməsi barədə sənəd imzalayıb


Donald Trump (sağda) və Polşa prezidenti Andrzej Duda
Donald Trump (sağda) və Polşa prezidenti Andrzej Duda

ABŞ prezidenti Donald Trump polşalı həmkarı ilə onun ölkəsindəki Amerika hərbçilərinin sayının artırılmasını nəzərdə tutan sənəd imzalayıb.

Müdafiə Əməkdaşlığının Genişləndirilməsinə dair Birgə Bəyannamə adlanan sənədi Trump və Polşa prezidenti Andrzej Duda sentyabrın 23-də Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının əsnasında imzalayıblar.

Bəyannamədə deyilir ki, hazırda Polşada olan 4500 rotasiyalı ABŞ hərbçilərinin sayı yaxın vaxtlarda daha 1000 nəfər artırılacaq.

Sənəddə ABŞ hərbçilərinin sayının artırılacağı altı bazanın adı çəkilir. Bundan başqa bildirilir ki, zirehli briqadanın yerləşdirilməsi üçün yer məsələsi müzakirə olunacaq.

Trump deyib ki, Polşaya gətiriləcək əlavə qoşunlar, çox güman, Avropadakı başqa bazalardan çıxarılacaq.

Sənəddə qeyd olunur ki, Polşadakı ABŞ qoşunlarının bütün xərcləri Varşava tərəfindən çəkiləcək.

Bu bəyannamə əslində bu ayın əvvəllərində Varşavada imzalanmalıydı, lakin Trump Dorian qasırğasına görə Polşaya səfərini təxirə salmışdı.

Trump yeni qoşun hissələrinin Rusiyaya qarşı yaradılmadığını vurğulayıb.

Polşa ilə “mükəmməl münasibətləri” tərifləyən Trump deyib ki, bu ölkəyə səfərinin vaxtını “çox yaxın gələcəkdə” elan edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG