Keçid linkləri

Təcili xəbərlər
2019, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:27

Trump Polşaya F-35 satışına yaşıl işıq yandırır


F-35 qırıcısı

ABŞ Prezidenti Donald Trump administrasiyası Polşaya 32 F-35 qırıcısının satışını təsdiqləyib. Polşa ABŞ-ın NATO-da əsas müttəfiqlərindəndir.

6,5 milyard dəyəri olan razılaşmanı indi Konqres təsdiqləməlidir və sənədin Konqresdən keçəcəyi gözlənir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən Varşava müdafiə xərclərini qətiyyətlə artırmağa başlayıb.

Polşa Birləşmiş Ştatlardan burada daimi hərbi baza qurmağı da xahiş edib. Trump iyunda elan elədi ki, Polşaya əlavə min əsgər göndərəcək. Bu ölkədə Birləşmiş Ştatların 5 min əsgəri var.

Beşinci nəsil qırıcılar Rusiya, yaxud sovet istehsalı olan MiG-29 və Su-22 təyyarələrini əvəzləyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG