Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Trump-ın hüququnu məhdudlaşdıran qətnamə qəbul edildi


ABŞ Konqresi Nümayəndələr palatasının sədri Nancy Pelosi
ABŞ Konqresi Nümayəndələr palatasının sədri Nancy Pelosi

ABŞ Konqresinin Nümayəndələr palatası prezident Donald Trump-ın İrana qarşı hərbi aksiya keçirmək hüququnu məhdudlaşdıran qətnamə qəbul edib.

Bu barədə AzadlıqRadiosu Reuters və digər qərb agentliklərinə istinadla xəbər verir.

Qeyd edək ki, bu, bu günlərdə iranlı general Qasem Soleimaninin Bağdad hava limanında ölümündən sonra baş verir. Soleimani ABŞ-ın raket zərbəsi ilə öldürülüb.

Nümayəndələr palatasının sədri Nancy Pelosi hesab edir ki, Trump administrasiyası Soleimanini öldürməklə ABŞ-ı heç də təhlükəsiz etməyib.

Qətnaməyə əsasən prezident Konqresin razılığı olmasa, 30 gün ərzində İrana qarşı hərbi əməliyyatları dayandırmalıdır.

Demək olar ki, bütün dümokratlar qətnamənin lehinə, Respublikaçılar isə əleyhinə səs verib.

Qətnamə, İraqdakı ABŞ bazalarının İran tərəfindən raket atəşinə tutulmasından təxminən 2 gün sonra səsə qoyulub.

Həmin hücum zamanı xəsarət alan olmayıb.

ABŞ prezidenti Donald Trump, İranın bu hərəkətinə, yeni sanksiyalarla cavab veriləcəyini bildirib.

Nümayəndələr palatasının qəbul etdiyi bu sənəd rəmzi xarakter daşıyır və onun hüquqi qüvvəsi yoxdur.

--

Soleimani yanvarın 3-də Bağdad hava limanında ABŞ-ın hava zərbələri nəticəsində ölüb.

Bu insidentdən sonra onsuzda gərgin olan ABŞ-İran münasibətlri daha da pisləşib.

Vaşinqtonun məlumatına görə, Süleymani ABŞ diplomatlarına qarşı hücum planlaşdırırmış.

İslam Keşikçiləri Korpusu ABŞ-ın terrorçu təşkilatlar siyahısındadır.Süleymani Yaxın Şərqdə keçirilən hərbi kampaniyalarda mühüm rol oynayırdı.

Əl Qüds siə birləşməsinin Livandakı Hizbullah qrupu və Suriya prezidenti Başar Əsədlə yaxın əlaqələri var.

ABŞ-ın bu əməliyyatı, bu günlərdə Bağdaddakı ABŞ səfirliyinə edilmiş hücumdan bir neçə gün sonraya təsadüf edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG