Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:31

Trump-ın Rusiyaya qarşı nüvə doktrinası sərtləşdiriləcək


Trident strateji sualtı gəmilərindəki mövcud uzaqmənzilli ballistik raketlərin daha kiçik nüvə başlıqları ilə əvəzlənərək modifikasiya edilməsi nəzərdə tutulur
Trident strateji sualtı gəmilərindəki mövcud uzaqmənzilli ballistik raketlərin daha kiçik nüvə başlıqları ilə əvəzlənərək modifikasiya edilməsi nəzərdə tutulur

Fevralın 2-də açıqlanmış siyasət bəyanatında deyilir ki, prezident Donald Trump Rusiyanın son illərdəki hərəkətlərinə cavab olaraq ABŞ-ın nüvə arsenalını təkmilləşdirməyi və üstünlüyü qeyri-strateji və ya taktiki nüvə silahlarına verməyi planlaşdırır.

Nüvə İcmalı (The Nuclear Posture Review) adlı sənəd Trump hökumətində Pentaqonun nüvə silahı sahəsindəki məqsədlərini əks etdirir. 2010-cu ildən bəri ilk dəfədir ki, hərbiyyə qarşıdan gələn onilliklərdə nüvə təhlükəsini necə gördüyü barədə məlumat verir.

Sənəddə deyilir ki, Rusiya Avropada hətta məhdud nüvə hücumu həyata keçirərsə “bunun onun üçün ağır nəticələr verəcəyinə inanmalıdır”.

ABŞ-ın müdafiə naziri Jim Mattis 75 səhifəlik bu geniş icmalda yazır ki, “bu, Rusiyanın öz qüdrətini genişləndirməsinə, onun strategiya və doktrinasının təbiətinə reaksiyadır”.

İcmalda “de-eskalasiya üçün eskalasiya” kimi tanınan Rusiya doktrinasına xüsusi diqqət yetirilir. Moskva bu doktrinasında Avropada adi silahlarla aparılan münaqişələrdə kiçik taktiki nüvə silahından istifadə edə biləcəyi ilə hədələyir. Bundan məqsəd Birləşmiş Ştatları və NATO-nu Avropada geri oturtmaqdır.

İcmalda deyilir ki, Rusiyanın bu doktrinası onun ilk dəfə olaraq nüvə silahından münaqişədə istifadə etmək niyyətini göstərir.

Pentaqonun icmalı bu problemin iki mərhələdə həllini təklif edir.

Birinci addım kimi Trident strateji sualtı gəmilərindəki mövcud uzaqmənzilli ballistik raketlərin daha kiçik nüvə başlıqları ilə əvəzlənərək modifikasiya edilməsi nəzərdə tutulur.

İkinci addım “daha uzun müddətdə” dənizdən atılan qitələrarası nüvə raketlərinin inkişaf etdirilməsini və 2011-ci ildə Obama adminsitrasiyası tərəfindən silahlanmadan çıxarılmış raketlərin xidmətə qaytarılmasını nəzərdə tutur. Belə raketlər Soyuq Müharibə illərində mövcud idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG