Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 06:59

Trump-ın tənqidindən sonra NATO-nun sammiti ‘təlatümlü’ ola bilər


ABŞ prezidenti Donald Trump NATO dövlət başçılarının çox mühüm sammiti ərəfəsində təşkilatı bir daha tənqid atəşinə tutub.

O yenə də NATO müttəfiqlərini alyansın xərclərinin qarşılanmasında qeyri-qənaətbəxş fəaliyyətini tənqid edib.

Keçmiş ABŞ prezidentləri kimi o da Birləşmiş Ştatların NATO-ya ən böyük maliyyə töhfəsi verməsindən narazılıq ifadə edib.

Lakin Trump NATO-nun tənqidində bir az da dərinə gedib. O NATO-nun ən mwhüm funksiyasını şübhə altına alıb. Bu NATO nuzamnaməsinin 5-ci maddəsi ilə bağlı vəzifəsidir. Bu maddəyə görə NATO-nun bir üzvü hücuma məruz qalarsa, digər üzvlər avtomatik olaraq onun köməyinə gəlməlidirlər.

Trump iyulun 9-da Twitter-də yazıb: “Birləşmiş Ştastlar NATO-ya hər hansı ölkədən daha çox pul xərcləyir. Bu nə ədalətlidir, nə də məqbul. Bu ölkələr NATO-ya töhfələrini mən prezident olandan bəri artırıblar, lakin onlar daha çox iş görməlidirlər”.

O deyib ki, Avropa NATO-dan ABŞ-ın götürdüyü faydadan xeyli artıq faydalanır.

NATO-nun nizamnaməsinə görə ona üzv ölkələr 2024-cü ilədək öz ümumi daxili məhsulunun 2 faizi həcmində üzvlük haqqı ödəməlidirlər. Lakin çox az sayda NATO üzvü bu maliyyə öhdəliyinə əməl edir.

Təhlilçilərin fikrincə, Vaşinqtonla onun ən yaxın Avropa müttəfiqləri arasında ticarət müharibəsinin qızışdığı bir vaxtda Trump-ın NATO-nu bu sayaq tənqid etməsi Brüssel sammitinin təlatümlü olacağından xəbər verə bilər.

Bu sammitdən dərhal sonra Trump-ın Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə planlaşdırılan görüşü də ABŞ müttəfiqlərini narahat edir.

XS
SM
MD
LG