Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Hakim Trump-ın qoyduğu qadağanı qismən ləğv etdi


Müsəlmanlar. İllüstrasiya
Müsəlmanlar. İllüstrasiya

ABŞ məhkəməsi prezident Donald Trump-ın qaçqınlarla bağlı qadağasını qismən ləğv edib.

Prezident əhalisinin çoxu müsəlman olan bir sıra ölkələrdən ABŞ-a qaçqınların gəlişini qadağan etmişdi.

Vaşinqton ştatı məhkəməsinin federal hakimi Ceyms Robart isə qərar qəbul edib ki, qadağa yalnız ABŞ-da yaxın qohumu olmayanlara şamil edilə bilər.

Amma ABŞ-dakı yaxınları ilə qovuşmağa gələnlərin qarşısı alına bilməz.

Sözügedən müsəlman ölkələri Misir, İraq, İran, Yəmən, Liviya, Suriya və sairdir.

Amerika Vətəndaş Azadlıqları Birliyi məhkəmədə Somalidən olan şəxsin maraqlarını təmsil edirdi. O ABŞ-a öz ailəsini gətirməyə çalışır.

Yəhudi Ailələri Xidməti isə iki iraqlını müdafiə edirdi. Onlar İraqda Amerika hərbçilərinin tərcüməçiləri olublar.

Başqa bir iddiaçı isə Misirdən olan transgender idi.

Hələ ki ümumilikdə Trump-ın qadağası qüvvədədir. Amma onun barəsində müxtəlif məhkəmə qərarları çıxarılmaqdadır.

Buna da bax: ABŞ-a üz tutan müsəlman qaçqınların sayı 94 faiz azalıb

XS
SM
MD
LG