Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:02

Trump Rusiya təhqiqatını ‘çevriliş cəhdi’ adlandırıb


ABŞ prezidenti Donald Trump onun komandası ilə Rusiya arasında mümkün əlaqələrin təhqiqatını öz prezidentliyinə qarşı “çevriliş cəhdi” adlandırıb.

Trump-ın baş prokuroru isə deyib ki, onun fikrincə ABŞ kəşfiyyat agentlikləri Trump-ın 2016-cı il seçki kampaniyasının əleyhinə casusluq ediblər.

Aprelin 10-da Ağ Evdə danışan Trump deyib ki, onun seçki kampaniyasının fəaliyyətlərinin araşdırılması “cevrilişə və prezidentin devrilməsinə cəhd” olub:

"Onların etdikləri bir xəyanət idi, onların gördüyü iş dəhşətli idi və bizim konstitusiyamıza qarşı yönəlmişdi”.

Trump “xəyanətdə” konkret olaraq kimi ittiham etdiyini bildirməyib.

Bu arada baş prokuror William Barr aprelin 10-da Konqresə bildirib ki, onun təbirincə deyilərsə, Trump-ın prezidentlik kampaniyasına qarşı “casusluq” əməliyyatlarını araşdıracaq:

"Düşünürəm ki, casusluq baş verib.Sual bundan ibarətdir ki, bu, adekvat şəkildə əsaslandırılmışdımı? Mən iddia etmirəm ki, adekvat əsaslandırma olmayıb”.

Senatdakı demokratların lideri Chuck Schumer Barrın bəyanatını rədd edib və baş prokuroru ya dediyini dəlillərlə əsaslandırmağa, ya da sözlərini geri götürməyə çağırıb. Schumer Twitter-də yazıb:

"Baş prokuror Barr özü də etiraf etdi ki, onun Trump-ın kampaniyasına qarşı casusluğun olduğuna dair sübutları yoxdur. Baş prokuror Barr ya öz bəyanatını dərhal geri götürməli, ya da buna spesifik dəlil təqdim etməlidir. Qəsd nəzəriyyələri yaratmaq Baş Prokurorluğun səviyyəsinə uyğun hərəkət deyil”.

Barr martın 22-də xüsusi prokuror Robert Mueller-in hesabatı başa çatdıqdan sonra artıq ikinci dəfədir ki, Konqres komitəsi qarşısına çıxmalı olur.

Barr Mueller-in 400 səhifəlik hesabatını hələlik Konqresə təqdim etməyib. O bunun əvəzində millət vəkillərinə Mueller hesabatının onun özü tərəfindən tərtib edilmiş 4 səhifəlik xülasəsini verib.

Demokratlar bu xülasənin kafi olmadığını bildiriblər və bu yaxınlarda vəzifəsinə Trump tərəfindən təyin edilmiş baş prokurorun sənədin prezidentə qarşı olan mühüm hissələrini ört-basdır etməyə çalışacağından narahatlıq ifadə ediblər.

Barr bildirib ki, bəzi yerləri redaktə olunmuş tam hesabat Konqresə gələn həftə veriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG