Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Mattis istefa ərizəsində nə yazıb


James Mattis (arxa planda) və prezident Trump
James Mattis (arxa planda) və prezident Trump

ABŞ-ın Müdafiə naziri Jim Mattis gələn ilin əvvəlində vəzifədən gedir. O, istefa ərizəsində yazıb ki, fikirləri Prezident Donald Trump-la tamamilə “üst-üstə” düşmür. Mattis Rusiya və Çinə dair siyasəti ziddiyyətlər kimi sadalayıb.

Mattisin prezidentə məktubu dekabrın 20-də Trump onun vəzifəsindən gedəcəyini açıqlayandan sonra yayılıb.

Həm demokratlardan, həm də respublikaçılardan konqresmenlər Mattisin vəzifədən getməsindən dərhal narahatlıq ifadə ediblər. O, administrasiyada möhkəm əl hesab olunurdu.

“SABİTLİK ADASI”

Senat demokratlarının lideri Chuck Schumer jurnalistlərə deyib ki, bu istefa ABŞ administrasiyasında “xaos” əlamətidir. Tezliklə Nümayəndələr Palatasının spikeri olacaq Nancy Pelosi isə Mattisin istefa məktubundan “sarsıldığını” söyləyib.

Senatın kəşfiyyat komitəsinin sədr müavini, demokrat Mark Warner Twitter-də yazıb ki, “bu qorxuludur”, “Mattis Trump administrasiyasındakı xaos içində sabitlik adası idi”.

Senatda çoxluğun lideri Mitch McConnell Mattisi tərifləyib, onun administrasiyadan getməsinin “təəssüf doğurduğunu” vurğulayıb.

Bu qərardan bir gün öncə Trump ölkənin hərbi liderlərini, konqresmenləri və beynəlxalq müttəfiqləri həm təəccübləndirib, həm də qəzəbləndirib. O, ABŞ əsgərlərinin “hamısının” Suriyadan çıxarılacağını elan edib. Suriyada hərbçilər İslam Dövləti (İŞİD) yaraqlıları və digər qüvvələrlə mübarizə aparan ərəb və kürd döyüşçülərə yardım edirlər.

Xəbər agentlikləri yazırlar ki, Mattis və milli təhlükəsizlik müşavirləri bu qərara qarşıdırlar, bu addımın Rusiya, İran və Türkiyəyə qələbə qazandırdığını düşünürlər. “Reuters” Ağ evin adını çəkmədiyi aparıcı rəsmisinə istinadla yazıb ki, Mattis Trump-la görüş zamanı istefa verib, onların “bəzi məsələlər” üzrə fikirlərində ziddiyyət yaranıb.

Dekabrın 20-də axşam Trump-ın Əfqanıstandakı ABŞ qüvvələrinin “əsaslı” hissəsini çıxarmağı planlaşdırması xəbəri yayılıb.

***

Trump deyir ki, müdafiə naziri Jim Mattis vəzifəsini fevralın sonunda tərk edəcək.

O bu barədə yazdlığı tvitdə nəlumat verir:

Trump qeyd edir ki, onun müdafiə naziri kimi xidmət etdiyi müddətdə “xüsusən də yeni döyüş avadanlığının alınması sahəsində nəhəng tərəqqi əldə olunub”.

Prezident bunun ardınca yazır: “General Mattis-in mənim müttəfiqlərdən və başqa ölkələrdən öz hərbi öhdəlikləri üzrə paylarına düşəni ödəmələri tələbimin yürüdülməsində böyük köməyi olub. Yeni müdafiə naziri tezliklə elan olunacaq. Mən Jim-ə xidmətinə görə böyük təşəkkür edirəm”.

68 yaşlı dəniz piyadaları generalı Mattis Trump administrasiyasının ən hörmət edilən üzvü idi və həm demokratlar, həm də respublikaçılar tərəfindən təqdir olunurdu.

Buna baxmayaraq Mattis həm də Konqresin qarşı olduğu Trump siyasətlərinə etiraz etmədiyinə görə tənqid edilirdi.

Siyasi şərhçilər diqqəti belə bir məqama çəkirlər ki, Mattis-in gedişi xəbərindən bir gün əvvəl Trump bütün ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair qəfil qərarını elan edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG