Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 22:35

ABŞ Venesuellaya sanksiya xəbərdarlığı etdi


Venesuellada etiraz aksiyası, 27 may 2017-ci il

Venesuella hökuməti konstitusiya dəyişikliyinə gedərsə, ABŞ bu ölkəyə qarşı «operativ və sərt iqtisadi sanksiyalar» tətbiq edə bilər. Bu barədə ABŞ prezidenti Donald Trump Venesuella prezidenti Nikolas Maduro-ya xəbərdarlıq ünvanlayıb. Ölkədə etirazlara səbəb olan konstitusiya dəyişikliyi idarəetmədə prezidentin səlahiyyətlərini artırmağı və parlamentin bu hüququnu əlindən almağı nəzərdə tutur.

ABŞ rəhbərliyinin bu xəbərdarlığından bir gün öncə - iyulun 17-də Venesuellada müxalifət qeyri-rəsmi referendum keçirib. Səsvermədə iştirak edənlərin 98 faizi Konstitusiya dəyişikliyinə «yox» deyib.

«Dünən Venesuella vətəndaşları bir daha göstərdilər ki, ölkədə demokratiya, azadlıq və qanunun aliliyi tərəfdarıdırlar. Amma onların bu istəkləri ölkə rəhbərliyi tərəfindən nəzərə alınmır, rəhbərlik diktatura arzusundadır» - Donald Trump açıqlamasında belə deyir və əlavə edir ki, «Venesuellanın dağıldığı bir dönəmdə ABŞ kənarda dayanmayacaq. Əgər Maduro konstitusiya dəyişikliyi tətbiq edərsə, ABŞ bu ölkəyə qarşı sərt və operativ iqtisadi sanksiyalar qəbul edəcək».

“Reuters” yazır ki, Ağ Ev Venesuellanın energetika sahəsinə və dövlət neft kompaniyası olan PDVSA-a qarşı sanksiyaların tətbiqini götür-qoy edir. Ölkənin 95 faiz ixrac mənfəəti məhz bu sektorun payına düşür. ABŞ isə Venesuella neftinin ən böyük alıcılarından biridir. Bu arada “Reuters” qeyd edir ki, ABŞ həm də ehtiyatla davranmağa çalışır, çünki sözügedən sanksiyaların tətbiqi Venesuella iqtisadiyyatını darmadağın edə bilər.

Venesuellada 2015-ci il parlament seçkisində səslərin çoxluğunu qazanan ölkə müxalifəti aylardır ki, müxtəlif şəhərlərdə etiraz aksiyaları keçirir. Etirazlar nəticəsində 93 nəfər ölüb, 1500-dən çox adam müxtəlif xəsarətlər alıb. Ölkə müxalifəti iyulun 20-də hamını 24 saatlıq tətilə çağırıb. Tələbləri növbədənkənar prezident seçkisi keçirilməsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG