Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:04

Trump kosmik komandanlığın yaradılmasına sərəncam verir


ABŞ prezidenti Donald Trump kosmik qüvvələr üçün komandanlıq yaradılmasına sərəncam verib. Yeni komandanlıq kosmik fəzada həyata keçiriləm hərbi əməliyyatlara rəhbərlik və nəzarət etməlidir.

Prezident dekabrın 18-də imzaladağı bir səhifəlik memorandumla Müdafiə Nazirliyinə yeni komandanlığın yaradılması, texniki inkişafın sürətləndirilməsi və süni peyklər də daxil kosmosdakı ABŞ mülkiyyətinin daha səmərəli müdafiəsini tapşırır.

Rəsmilər belə bir komandanlığın yaradılması üçün zərurət olduğunu bildirirlər, beləki onların fikrincə Çin və Rusiya ABŞ qüvvələrinin naviqasiya, kommunikasiya və müşahidə üçün güvəndiyi peyklərin işini pozan və hətta onları məhv edə bilən vasitələr üzərində işləyir.

Yeni komandanlıq Trump-ın ayrıca kosmik qüvvə yaratmaq ideyasını tamamilə ehtiva etmir, lakin bu istıqamətdə ilk addım sayıla bilər.

Yeni komandanlıq barədə məlumatı vise-prezident Mike Pence verib
Yeni komandanlıq barədə məlumatı vise-prezident Mike Pence verib

Floridadakı Kennedy Mərkəzində danışan vise-prezident Mike Pence deyib ki, “Amerika milli təhlükəsizliyinin kosmosda müdafiəsi bü gündən başlanır”.

Kosmik komandanlıq hərbiyyənin bütün sahələri boyunca fəza qabilliyyətinin inteqrasiyasını təmin edəcək. Pence deyib ki, “bu yeni erada müharibə döyüşçülərinin milli təhlükəsizliyi qoruması məqsədilə kosmik doktrina, taktika və prosedurlar” yaradılacaq.

Bu, Pentaqonun 11-ci döyüş komandanlığı olacaq.

Bu da xəbər verilir ki, artıq mövcud hərbi təyinatlı kosmik birliklərdən 600-dək zabit yeni komandanlıqda işə cəlb olunacaq. Bundan sonra heyətin 1000 nəfərə çatdırılması planlaşdırılır.

Yeni komandanlığın maliyyələşdirilməsi 2020-ci ilin büdcəsinə daxil ediləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG