Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 23:29

Trump deyib ki, ‘münasib şəraitdə’ Kim-lə görüşə bilərdi


Kim Jong Un (solda) və ABŞ prezidenti Donald Trump

ABŞ prezidenti Donald Trump deyib ki, o “münasib şəraitdə” Şimali Koreya lideri Kim Jong Un-la görüşməkdən “şərəf duyardı”.

Prezident Bloomberg-lə söhbətində deyib ki, onun Kim Jong Un-la görüşü məqsədəuyğun bir iş olardı.

Trump deyib: “Amma yenə də deyirəm, münasib şəraitdə. Lakin mən bunu edərdim”.

“Əksər siyasi adamlar belə bir şeyi heç vaxt deməzdilər, amma sizə deyirəm ki, düzgün olan şəraitdə mən onunla görüşərdim” – deyib prezident.

Bununla belə, Ağ Ev bildirib ki, prezidentin gələcəkdə belə bir ideyaya açıqlığına baxmayaraq Trump-ın Kim Jong Un-la görüşməsi üçün “şərait münasib deyil”.

Ağ Evin sözçüsü Sean Spicer deyib ki, iki liderin tezliklə görüşəcəyini düşünmür.

Sözçü bildirib ki, buna görə Kim əvvəlcə “xoş məram” nümayiş etdirməli olardı.

Son həftələrdə Pxenyanın nüvə proqramı və raket sınaqları ilə bağlı Koreya yarımadası regionunda gərginlik artb.

Trump administrasiyası bildirir ki, söhbət Şimali Koreyanın raket və nüvə proqramlarından gedərkən ABŞ bütün variantları masa üstündə saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG