Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 11:03

Trump Rusiyanın onun barəsində kompomat toplaması barədə məlumatı təkzib edir


Donald Trump

ABŞ prezidenti seçilmiş Donald Trump Rusiya kəşfiyyatının onun barəsində kompromat toplaması barədə məlumatları rədd edib.

O, bunu özünün Tvitter səhifəsində yazıb.

ABŞ və Britaniya mətbuatının yazdığına görə, söhbət şəxsi və maliyyə informasiyalarından gedir.

CNN, Nyu-York Tayms, Reuters, Associated-Press və digər informasiya agentlikləri adı çəkilməyən ABŞ rəsmilərinə istinadla eyni məlumatlar yayıblar.

CNN-nin məlumatına görə bu materiallarla yalnız prezident Barask Obama,Trump və Konqresin 8 üzvü tanışdır.

Amma Rusiya məlumatı təkzib edir.

Kremlin sözçüsü Dimitry Peskov Moskvada Trumpla bağlı elə bir kompromat olmadığını deyib.

Bu barədə İnterfaks və digər Rusiya agentlikləri məlumat yayıb.

Qeyd edək ki, Donald Trump bu gün yeni seçilmiş ABŞ prezidenti kimi ilk mətbuat konfransını keçirməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG