Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:39

Trump Kim Jong Un-la ikinci sammitin yerini və vaxtını elan edəcək


Donald Trump-ın (sağda) Kim Jong Unla ilk sammiti iyunun 12-də Sinqapurda olub
Donald Trump-ın (sağda) Kim Jong Unla ilk sammiti iyunun 12-də Sinqapurda olub

ABŞ prezidenti Donald Trump deyir ki, Şimali Koreya lideri Kim Jong Unla ikinci sammit üçün yer və vaxt barədə qərar qəbul edilib və o bu detalları gələn həftə elan edəcək.

Trump yanvarın 31-də deyib ki, ola bilsin, bu barədə bəyanatı fevralın 5-də Konqresdə Ölkənin Vəziyyətinə dair nitqi zamanı verəcək. Trump jurnalistlərə deyib:

"Onlar [Şimali koreyalılar] bu görüşün olmasını çox istəyirlər. Düşünürəm ki, sizin çoxunuz bu görüşün yerini bilirsiniz. Düşünmürəm ki, bu, böyük bir sirdir”.

Trump əlavə edib ki, Pxenyanın nüvə silahı proqramına son qoyulması səylərində “nəhəng tərəqqi” əldə edilib.

Bir çox ehtimallara görə sözü gedən sammit həm Vaşinqton, həm də Pxenyanla yaxşı münasibətləri olan Vyetnamda keçirilə bilər. Əksər rəsmilərin dediyinə görə görüş çox güman, fevralın sonlarında olacaq.

Ötən iyunda Sinqapurda keçirilən birinci sammit Kimin Koreya yarımadasının nüvəsizləşdiriləcəyinə dair götürdüyü yayğın öhdəliklərlə nəticələnmişdi. Buna baxmayarqaq Trump bəyan etmişdi ki, sammit Şimali Koreya təhlükəsinə son qoyub.

Lakin Pxenyan hələlik Vaşinqtonun “konkret addımlar” adlandırdığı hərəkətlərə keçməyib.

ABŞ kəşfiyyat rəsmilərinin yanvarın 29-da Senat komitəsində Şimali Koreyanın nüvəsizləşdirməyə sadiqliyi barədə dedikləri Trump-ın bəyanatları ilə ziddiyyət təşkil edir.

Trump kəşfiyyat başçılarının bəyanatlarını “sadəlövh” adlandırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG