Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Trump deyib ki, jurnalistin qətlindən sonra ‘tarixin ən pis ört-basdır cəhdi’ olub


ABŞ prezidenti Donald Trump deyib ki, Washington Post jurnalisti Jamal Khashoggi-nin İstanbuldakı Səudiyyə konsulluğunda qətlə yetirilməsindən sonra “tarixinən pis ört-basdırlarından” biri baş verib.

"Onları ilkin konsepsiyası çox pis olub. Pis həyata keçirilib və bunun ört-badır edilməsi ört-basdırlar tarixində ən pis ört-basdır olub”.

Oktyabrın 23-də Trump-ın bu qeydlərindən əvvəl Türkiyə prezidenti Recep Tayyip Erdogan demişdi ki, səudiyyəli jurnalist Jamal Khashoggi-nin qətli bir neçə gün öncədən “planlaşdırılıb”.

Trump Erdoğanın Səudiyyə barədə çıxışını “xeyli sərt” adlandırıb.

Özünün hakim partiyasından olan millət vəkilləri qarşısında çıxışında Erdoğan deyib ki, Səudiyyə Khashoggi-nin cəsədinin harada olması və bu əməliyyata kimin əmr verdiyi barədə sualları cavablandırmalıdır.

O habelə şübhəlilərin İstanbulda mühakimə olunmasını tələb edib.

Bu arada Səudiyyə hökumət kabinetinin oktyabrın 23-də verdiyi bəyanatda deyilir ki, “krallıq həqiqətin aşkarlanması və öz səriştəsizliyi və birbaşa cavabdehliyi ilə bu qətlin arxasında duranlarınməsuliyyətə cəlb edilməsi üçün tədbirlər görür”.

Trump-ın və Erdoğanın bəyanatları Səudiyyə Ərəbistanında böyük investisiya konfransının açılışı gününə təsadüf edib. Konfrans Səudiyyənin vəliəhd şahzadəsi Muhammad bin Salmanın təşəbbüsü ilə keçirilir.

Khashoggi-nin qətlinə görə onlarca dövlət və biznes başçısı bu konfransa gəlməyib.

Səudiyyənin enerji naziri Khalid al-Falih deyib ki, “bu Səudiyyə üçün ağır günlərdir və ölkə böhranlı dövrdən keçir”.

Falih bildirib ki, Khashoggi-nin qətli təəssüf doğurur və “krallıqda heç kim bu qətlə haqq qazandıra bilməz”.

XS
SM
MD
LG