Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 21:56

Erdogan: Jurnalistin qətli 'planlaşdırılıb'


Recep Tayyip Erdogan parlamentdə çıxış edir

Türkiyə Prezidenti Recep Tayyip Erdogan deyir ki, səudiyyəli jurnalist Jamal Khashoggi-nin qətli bir neçə gün öncədən “planlaşdırılıb”.

Erdogan deyib ki, jurnalistin ölümündən bir gün öncə bir qrup səudiyyəli agent Türkiyəyə gedib.

Həmin günsə 15 nəfər konsulluğa daxil olub, onlardan üçü İstanbuldakı Belqrad meşəsinə kəşfiyyata gedib.

Erdogan-ın sözlərinə görə, Səudiyyə rəsmiləri qətli kimin planlaşdırdığını, vəzifəsindən asılı olmayaraq açıqlamalıdır. O, şübhəlilərin İstanbulda mühakimə olunmasına çağırıb.

Türkiyə prezidenti Khashoggi-nin qətlini “amansız” adlandırıb, onun ört-basdır oluna bilməyəcəyini vurğulayıb.

Konsulluq qarşısında etiraz aksiyası
Konsulluq qarşısında etiraz aksiyası

***

“Bu cinayət konsulluq içində törədilə bilər, amma unutmaq olmaz ki, burası Türkiyə sərhədləri daxilində baş verib”, – Erdogan deyib.

“Səudiyyə Ərəbistanı cinayəti qəbul etməklə mühüm addım atıb, bundan sonra bütün hüquqi addımları atacağını gözləyirik”, – deyən Türkiyə prezidenti jurnalistin ölümünün planlaşdırılmış olduğunu bir daha vurğulayıb.

“Səudiyyədən gəlmiş 15 nəfər niyə cinayət günü İstanbuldakı konsulluqda toplaşıb? Cavab istəyirik”, – vurğulayan prezident öldürülən jurnalistin cəsədinin niyə hələ ortada olmamasını da sual edib.

***

Bu gün – oktyabrın 23-də Türkiyə Prezidenti Recep Tayyip Erdogan hazırda Türkiyə parlamentində çıxış edir.

Daha öncə yayılmış xəbərlərə görə, Erdogan jurnalist Jamal Khashoggi-nin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlilə bağlı “”çılpaq həqiqət”i açıqlayacağını bildirib. Ankara jurnalistin qətlinin “qəddarlıqla planlaşdırıldığını” bildirir.

İstanbuldakı konsulluqda axtarış
İstanbuldakı konsulluqda axtarış

Səudiyyənin məlumatına görə, jurnalist konsulluqda dava zamanı öldürülüb.

ABŞ Prezidenti Donald Trump isə “Washington Post”un yazarının ölümünə dair ər-Riyadın izahının onu “tam qane etmədiyini” deyib.

Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salman-ın qatı tənqidçisi olan jurnalistin ölümü onun imicinə ciddi ziyan vurub.

***

59 yaşlı Khashoggi oktyabrın 2-də sənədləşmə işi üçün konsulluğa girib, sonradan onu görən olmayıb. Bir neçə gün sonra Türkiyə hökumətindəki mənbə onun İstanbula göndərilmiş dəstə tərəfindən qətlə yetirildiyini açıqlayıb. Hökumətyönlü qəzet isə yazıb ki, jurnalistə konsulluqda işgəncə verilib, onun başı kəsilib.

Erdogan-ın hakim partiyasının sözçüsü Omer Celik deyib ki, qətl “aşırı qəddarlıqla planlaşdırılıb”, “onu ört-basdır etməkdən ötrü xeyli iş görülüb”.

Prezidentin müşaviri Yasin Aktay “Yeni Safak” qəzetində yazıb ki, ər-Riyadın hadisəylə bağlı versiyası “kəşfiyyatımızın sanki ələ salınması deməkdir”.

Müşavirin sözlərinə görə, İstanbula göndərildiyi iddia olunan 15 səudiyyəliyə başçılıq edən Şahzadə Mohammed-in işlər idarəsinin rəhbəri Bader al-Asaker-ə “qətldən sonra dörd dəfə” zəng edib.

Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir isə jurnalistin öldürülməsini fərdlərin təşkil etdiyi “quldur əməliyyatı” adlandırıb.

XS
SM
MD
LG